Magazin2
Məşhur aparıcıya ŞOK CƏZA: Asılaraq edam olunacaq - FOTO
Misirin məşhur teleaparıcısı və bloger Sara Xəlifə asılaraq edam cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Qahirə Cinayət Məhkəməsi 39 yaşlı keçmiş aparıcını narkotik qaçaqmalçılığı və istehsalı ilə məşğul olan böyük mütəşəkkil dəstənin fəaliyyətində iştirakda təqsirli bilib.
“Missiya mümkün deyil” adlı kriminal verilişin keçmiş aparıcısının sosial şəbəkələrdə iki milyondan çox izləyicisi var. Xəlifə hökm elan edilərkən məhkəmə zalında göz yaşlarını saxlaya bilməyib.

“Mənə qulaq asın, xahiş edirəm. Valideynlərim məni dürüstlük içində böyüdüblər, onlar inanclı insanlardır. Mənə narkotikdən gələn pul lazım deyil”, - deyə o, məhkəmədə yalvarıb.
İstintaqın məlumatına görə, Xəlifə və daha 11 nəfər sintetik narkotiklərin hazırlanması üçün xammalın ölkəyə gətirilməsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun üzvü olub.
Xəlifə isə ittihamları qəti şəkildə rədd edib. O, istintaqa ifadəsində həyatı boyu “heç vaxt əlində siqaret belə tutmadığını” bildirib.

Televiziya fəaliyyətindən əlavə, Sara Xəlifəyə plastik cərrahiyyə klinikası və tədbirlərin təşkili ilə məşğul olan şirkət də məxsus olub.
Rezonans doğuran cinayət işi üzrə ümumilikdə 28 nəfər mühakimə olunub. Onlardan 12-si, o cümlədən Xəlifə ölüm hökmünə məhkum edilib. Hökmün çıxarılmasından əvvəl Misir qanunvericiliyinə əsasən ölkənin Ali müftisinin məcburi rəyi alınıb.
Daha 9 təqsirləndirilən şəxs ömürlük həbs cəzası alıb, 7 nəfərə isə bəraət verilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar zamanı 725 kiloqramdan çox narkotik maddə, eləcə də qeydiyyatsız odlu silah və döyüş sursatı müsadirə edilib.

Sara Xəlifə 2025-ci ilin aprelində Qahirənin elit rayonlarından birində saxlanılıb. İstintaq müəyyən edib ki, cinayətkar qrup narkotiklərin hazırlanması üçün xammalı xaricdən gətirib, hazır məhsulu isə yaşayış evlərində saxlayıb.
Misirdə qüvvədə olan son məhkəmə islahatlarına əsasən, ölüm hökmündən hələ yuxarı instansiyaya şikayət vermək mümkündür.
Müəllif: Adəm
-
İdman13:24“Barselona”nın yeni transferinin ilham pərisi: Onları kim tanış edib? - FOTOLAR
-
Cənubi Qafqaz13:18Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək - İrəvana qaçanlar şokdadır
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
















.jpg)









.jpg)






.png)




