Magazin2
Məşhur musiqiçi döyülərək öldürüldü - FOTO
Hindistanda kütlə musiqiçi və müəllim Çonqtam Vikram Sinqhi səs-küy salmamağı xahiş etdiyi üçün döyərək öldürüb.
Publika.az xəbər verir ki, bu barədə “Brut” məlumat yayıb.
54 yaşlı tanınmış gitaraçıya sentyabrın 6-da Dehlidəki evinin yaxınlığında hücum ediblər. Polisin məlumatına görə, Sinqh aşağı düşüb və yaxınlıqda səs-küy salan bir qrup sərxoş kişi ilə münaqişəyə girib. Bildirilir ki, onların bəziləri yaxınlıqdakı iaşə obyektləri və çatdırılma xidmətləri ilə əlaqəli olublar.
Dava düşüb və nəticədə Sinqh ağır xəsarətlər alıb. Musiqiçi döyüldükdən sonra xəstəxana yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb - o, sentyabrın 7-si səhər saatlarında dünyasını dəyişib.
Polis hücumda iştirak etdiyti ehtimal olunan yeddi nəfəri və bir yeniyetməni həbs edib.
Sinqhin vəfatı Dehli sakinləri arasında qəzəb doğurub, onlar şəhərin rayonlarından birində musiqiçinin xatirəsinə şamlarla yürüş keçiriblər. Yürüş iştirakçıları təqsirkarlara qarşı tədbir görülməsini tələb ediblər.
Hindistan Milli Konqresinin prezidenti Rahul Qandi Dehlidə yaşayan Şimal-Şərqi Hindistan sakinlərinin təhlükəsizliyini şübhə altına alıb və tezliklə araşdırma aparılmasına çağırıb. O ehtimal edib ki, ölkənin bu təcrid olunmuş bölgəsindən olan şəxsə hücum etnik dözümsüzlükdən qaynaqlana bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)
.jpg)






























