Kidmanın sinəsi gündəmdə: Plastik əməliyyat iddiaları yenidən alovlandı - FOTO
Bizi izləyin

Magazin2

Kidmanın sinəsi gündəmdə: Plastik əməliyyat iddiaları yenidən alovlandı - FOTO

Kidmanın sinəsi gündəmdə: Plastik əməliyyat iddiaları yenidən alovlandı - FOTO

Hollivud ulduzu Nikol Kidman bu dəfə məşhur siması ilə deyil, diqqətçəkən dekoltesi ilə plastik əməliyyat müzakirələrinin mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, 59 yaşlı aktrisa son həftələrdə “Practical Magic 2” (“Praktik sehr 2”) filminin tanıtımı ilə bağlı tədbirlərdə iştirak edir. Onun qırmızı xalı çıxışları isə pərəstişkarların diqqətindən yayınmır. Los-Ancelesdə filmin premyerasına qatılan Kidman dərin dekolteli, "Atelier Versace" imzalı möhtəşəm libası ilə diqqət çəkib. Paltarı dizayner Piter Myulye hazırlayıb.

Zərif krujeva detalları ilə tamamlanan libas aktrisanın dekoltesini ön plana çıxarıb. Kidman obrazını qara krujeva çoker, eyni rəngdə ayaqqabılar və diqqətçəkən sırğalarla tamamlayıb.

Onun görünüşü qısa müddətdə yeni söz-söhbətlərə səbəb olub. Pərəstişkarlar aktrisanın sinəsinin əvvəlkindən daha dolğun görünməsinin plastik əməliyyatla bağlı olub-olmadığını müzakirə etməyə başlayıblar.

Nikol Kidmanın sinə böyütmə əməliyyatı keçirdiyi ilə bağlı şayiələr artıq bir neçə ildir gündəmdədir. Bu dəfə müzakirələrə plastik cərrahiyyə üzrə mütəxəssis də qoşulub. Beverli-Hillsdən olan plastik cərrah doktor Ket Beqoviç “Daily Mail”ə açıqlamasında bildirib ki, aktrisanın son fotoları mamoplastika keçirməsi ehtimalını göstərə bilər.

Beqoviçin sözlərinə görə, fotolarda dekolte xəttinin daha aydın görünməsi və sinənin yuxarı hissəsində həcmin artması diqqət çəkir. Onun fikrincə, bu xüsusiyyətlər döş implantlarının mövcudluğuna işarə edə bilər.

Nikol Kidman daha əvvəl botoksdan istifadə etdiyini etiraf edib. Lakin aktrisa sonradan nəticədən narazı qaldığını bildirərək bu prosedurdan imtina etdiyini açıqlayıb.

Dekolte ətrafında başlayan müzakirələrin isə əyləncəli tərəfi də olub. Los-Ancelesdəki premyerada Kidmanın uzun illərdir dostu və “Practical Magic 2” filmində tərəf müqabili olan Sandra Bullok onların görünüşü ilə bağlı zarafat edib.

62 yaşlı aktrisa “People” jurnalına bildirib ki, təxminən üç onillikdir dost olmalarına baxmayaraq, onların “sinəsi hələ də eyni yerdədir”.

Maraqlıdır ki, bundan qısa müddət əvvəl Kidman, əksinə daha təbii görünüşünə görə təriflənirdi. “Practical Magic 2” filmi ilə bağlı müsahibə zamanı aktrisa daha rahat görünür, üzü isə əvvəlki çıxışları ilə müqayisədə daha az gərgin təsir bağışlayırdı.

Pərəstişkarları Kidmanın üz cizgilərinin yumşaldığını qeyd edərək sosial şəbəkələrdə bu görünüşü fəal şəkildə müzakirə ediblər. Bir çoxları aktrisanın məhz daha təbii obrazını bəyəndiklərini yazıblar.

“Nəhayət, göz ətrafında və alında mimika yaranıb! Daha yaxşıdır”, - istifadəçilərdən biri yazıb.

“Nikol möhtəşəm görünür. Daha təbii... O, möhtəşəmdir”, - başqa bir pərəstişkarı qeyd edib.

Digər istifadəçi isə “Möhtəşəm görünür! Daha az botoks - buna mütləq dəyər”, - deyə fikrini bölüşüb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm