Magazin2
Tanınmış bloqer yeməkdən sonra niyə ÖLDÜ? - DETALLAR
24 yaşlı çinli mukbang bloqer Qanfan Yinqinq həddindən artıq yemək marafonları ilə əlaqəli olduğu ehtimal edilən sağlamlıq problemlərindən sonra vəfat edib.
Publika.az xəbər verir ki, əsl adı Çen Ziyi olan bloqçu avqustun 17-də dünyasını dəyişib. Onun ölümünü valideynləri “Global Times” qəzetinə təsdiqləyiblər.
Yinqinq sosial mediada 1,2 milyondan çox izləyici toplayıb. Mukbang videolarında bloqçular izləyiciləri ilə ünsiyyət quraraq böyük miqdarda yemək yeyirlər.
“Daily Mail”in məlumatına görə, Yinqinqin qanda kalium səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində ürək tutmasından öldüyü bildirilir. Lakin onun rəsmi ölüm səbəbi hələ açıqlanmayıb.
Bloqçu son paylaşımında ciddi sağlamlıq problemləri səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. O, kalium səviyyəsinin normal 3,5–5,5 mmol/l göstəricisi ilə müqayisədə 2,3-ə düşdüyünü qeyd edib.
Kalium orqanizmdə, xüsusilə əzələlərin və ürəyin normal fəaliyyətində mühüm rol oynayır. Onun ciddi çatışmazlığı ürək ritminin pozulmasına, əzələ zəifliyinə və digər ağır fəsadlara səbəb ola bilər.
Yinqinq həmçinin mukbang bloqçularının üzləşdiyi fiziki yorğunluq və təzyiqdən danışıb.
“Pul qazanmaq vacib olsa da, sağlamlıq həmişə birinci yerdə olmalıdır”, – deyə o yazıb.
Həkimlər bildirirlər ki, təkcə həddindən artıq qida qəbulunun kalium səviyyəsini bu qədər kəskin aşağı salması tipik hal deyil. Lakin həddindən artıq qida qəbulundan sonra qəsdən qusma və ya işlədici dərmanlardan istifadə kalium itkisinə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Yinqinq həddindən artıq yemək məzmunu ilə tanınan və gənc yaşda vəfat edən ilk mukbang bloqçusu deyil.
2026-cı ilin martında Türkiyədə mukbang yayımları ilə tanınan 24 yaşlı bloqçu Efecan Kültür də vəfat edib. Onun TikTok hesabında təxminən 155 min izləyici olub.
Ağır piylənmədən əziyyət çəkən Kültür 2024-cü ilin dekabrında artıq çəkisi ilə əlaqəli sağlamlıq problemləri səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt onun təkbaşına ayağa qalxmaqda və nəfəs almaqda ciddi çətinlik çəkdiyi bildirilirdi.
Ömrünün son aylarında yataq xəstəsi olan Kültürün tənəffüs aparatı olmadan nəfəs almaqda çətinlik çəkdiyi qeyd edilirdi. O, 2026-cı ilin martında evində dünyasını dəyişib.(Ajans.az )
-
Rəsmi xronika12:37İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?
-
Hadisə11:51Minaya düşən ANAMA əməkdaşının ayağında amputasiya əməliyyatı aparılır - YENİLƏNDİ
-
Rəsmi xronika11:10Prezident fərman imzaladı
-
Avropa11:00Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
-
Maraq dünyası09:48Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir
-
Sağlamlıq07:35Kosmosdan çəkilən fotolar həqiqəti üzə çıxardı - Yerin rəngi dəyişdi, psixologiyamız pozulur







.jpg)

























.png)





