Magazin2
Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı - Səbəb təəccüblüdür
Amerikalı aktyor Stiven Siqal Rublyovkadakı 7.1 milyon dollar (təxminən 13,7 milyon manat) dəyərindəki malikanəsini açıq satışdan çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, buna səbəb evə baxış zamanı real alıcılardan daha çox aktyorun pərəstişkarlarının və maraq göstərən şəxslərin gəlməsi olub.
Hazırda potensial alıcılarla danışıqlar qapalı şəkildə aparılır. Məlumata görə, əmlakı almaq istəyənlər Siqalın qiyməti ən azı 1,19 milyon dollar azaltmasını tələb edirlər. Aktyor əvvəlcə malikanəni 8,30 milyon dollara satışa çıxarıb, daha sonra qiyməti yarım milyon dollar aşağı salıb.
Təxminən 500 kvadratmetr sahəsi olan malikanə Rublyovo-Uspenskoye şosesində yerləşir. Evdə üç yataq otağı, kinoteatr, şərab otağı və kabinet var. Ərazidə isə qonaq evi, sauna və manqal üçün besedka yerləşir.
Müəllif: Adəm
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO




















.png)











