Bir sualla Hülya Avşarı dəliyə döndərdilər - FOTOLAR
Bizi izləyin

Magazin2

Bir sualla Hülya Avşarı dəliyə döndərdilər - FOTOLAR

Türkiyənin yerli ayaq baxım kremi reklamında çəkilən və markanın siması olan Hülya Avşar keçmiş həyat yoldaşı Qaya Çilingiroğlunun şəxsi həyatı ilə bağlı sual verən jurnalistə qəzəblənib.

Çırağan Sarayında baş tutan mətbuat konfransında dərin kürək dekolteli paltarla jurnalistlərin qarşısına çıxan Hülya Avşar firmanın hazırladığı tortu kəsdikdən sonra kameralar qarşısına çıxıb ona verilən sualları cavablandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında Hülya Avşar ilə jurnalistlər arasında gərgin anlar yaşanıb.

Xatırladaq ki, Tuğba Əkinçi Hülya Avşarın keçmiş həyat yoldaşı Qaya Çilingiroğlunun ona mesaj yazdığını iddia etmişdi. Mətbuat konfransında 50 yaşlı cazibədar ulduza bu barədə sual veriləndə sanki dəliyə dönüb.

Avşar "Bu gün bu mövzunun heç yeri deyil, mənə bu barədə suallar verməyin. Buraya gəlmək məqsədimiz tamamilə fərqlidir. Danışıb gündəmi dəyişmək istəmirəm.

Məni maraqlandırmayan bir mövzudur. Sizcə, mən bu məsələyə reaksiya verərəm? Siz? deyəsən, məni heç tanımamısınız.

Soruşduğunuz o sualla mənə mənəvi cəhətdən rəsmən təcavüz edirsiniz. Mənə nə? Boşandığı həyat yoldaşı var, gedin ondan soruşun. Məni bu işlərə qarışdırmayın. Qaya məni maraqlandırmır", - deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm