Maraq dünyası
Azərbaycanda hazırlanan bu araqdan hamı istifadə edir: dindarlar belə...
Qədim və zəngin tarixə malik Azərbaycanda ta qədimdən
müalicə və sağlamlıq üçün xeyirli olan müxtəlif təbii tərkibli
dərman vasitələri hazırlanıb. Bu vasitələr "türkəçarə" üsulu ilə
bir çox xəstəliklərin sağalmasında və qarşısının alımasında
misilsiz rol oynayıb.
Hazırda bu vasitələrin bir çoxu yaddan çıxmış, bəziləri isə
unudulmaq üzrədir. Təbii müalicəvi xüsusiyyətlərə malik nanə,
cəfəri, şahtərə, şaftalı yarpağından hazırlanan araqlar da bu cür
vasitələrdəndir. Adına "araq" deyilməsinə baxmayaraq, bu tipli
məhlullar adi spirtli içkilər kimi istifadə olunmur, orqanizmdə
gedən proseslərin tənzimlənməsindən tutmuş şəkərli diabet, böyrək,
ürək xəstəliklərinin müalicəsində istifadə edilir.
Adına gəldikdə isə, "araq" sözü dilimizdə ilk ağılagələn mənasından
əlavə, eyni zamanda müxtəlif çiçək, gül və otların distiləsindən
hazırlanmış dərman və ədviyyat cövhərlərinə də deyilib. Bu cür
cövhərlərdən biri də nanə arağıdır. Əsasən Gəncə və ətraf
rayonlarda daha məşhur olan nanə arağının hazırlanması ilə azsaylı
da olsa, məşğul olan insanlar var. Onlardan biri də Gəncə şəhəri
Ağamirzə Əhmədov küçəsində yaşayan Əntiqə Əsgərovadır. 38 illik
müəllimlik təcrübəsinə malik, hazırda təqaüdçü olan Əntiqə xanım
unudulmaqda olan bu sənəti yaşadanlardandır.
O, cövhər hazırlamaqla bir qayda olaraq qadınların məşğul olduğunu, bu işin sirrlərini xalasından, xalasının isə öz qaynanasından öyrəndiyini deyir. Xalasının da Əsgərovlar ailəsinin gəlini olduunu deyən Əntiqə xanım bu sənəti, eyni zamanda nəsildən-nəsilə keçən bir ailə ənənəsi olaraq davam etdirir.
Hazırda işlətdiyi təmiz misdən olan qazan, güyüm, ney və digər avadanlıqlar da öz qədimliyi ilə seçilir. O, bu avadanlıqların köməyi ilə, müraciət edənlərin istəyindən asılı olaraq, şahtərə, kasnı, nanə, şaftalı yarpağı, qızıl gül cövhəri hazırlayır.
Əntiqə xanım əhali arasında hazırda ən çox tələbatın gülab və
nanə arağına olduğunu deyir. Bunlardan qızıl gül ləçəklərindən
hazırlanan gülab ölkəmizin bir çox yerlərində, əsasən yas
mərasimlərində istifadə olunsa da, nanə arağı daha çox türkəçarə
vasitəsi kimi əhəmiyyət daşıyır. Və onun tərkibində alkoqol
yoxdur.
O, nanə arağının sancı, köp, qarın ağrısı, mədə ağrısı, ürəkbulanma
zamanı çox müsbət təsir göstərdiyin deyir. Eyni zamanda burun,
boğaz yollarını təmizləyir, həzmi rahatlaşdırır, iştahı açır, stres
və baş ağrısını aradan qaldırmağa kömək edir.
Hazırlanmasına gəldikdə, ağır və uzun olan bu proses 7-8 saat
çəkir. Nanə yuyulub qazana qoyulduqdan sonra bəlli miqdarda üzərinə
su əlavə edilir. Qazanın üzərinə həm qapaq, həm aparat funksiyasını
daşıyan ney qoyulur. Qapaqla qazanın arası sonradan qopmağı asan
olsun deyə çörək xəmirindən daha duzlu xəmirlə lehimlənir.
Neydən çıxan çıxıntılara qarğı çubuqları taxılır və onun bir ucu
mis güyümə yerləşdirilir. Güyüm əvvəldən hazırlanmış soyuq su ilə
dolu quyuya qoyularaq ətrafı və buxar çıxa biləcək yerləri
bərkidilir. Bundan sonra qaz yandırılır.
Qaynağa düşdükdən sonra 5-6 saat aşağı odda qaynadılır. Bütün bu
müddət ərzində isə daim qazın az və ya çoxluğuna, xəmirlə
lehimlənmiş yerlərin qoparaq buxarın qaçmamasına nəzarət olunur.
Qaynama zamanı nanə ilə birgə su qaynayaraq buxara çevrilir və
qarğılar vasitəsilə soyuq suda olan güyümə daxil olur. Burada buxar
suya dönərək nanə arağına çevrilir.
Ə. Əsgərova bütün bu əziyyətli prosesə və faydalı xüsusiyyətlərinə
baxmayaraq, nanə arağının o qədər də baha olmadığını deyir.
Əvvəllər məhlulu yalnız el adəti ilə dərman müqabilində formal
olaraq şirinlik (1-2 konfet, yaxud qənd parçası) almaqla
istəyənlərə verib. Sonralar qaz, su və digər kommunal xərclər
bahalaşdığından, bu xərcləri qarşılamaq üçün nanə arağı da cüzi pul
müqabilində satılmağa başlayıb.
-
Nida Xəbər 15:16
Dünya liderləri Bakıda onları izlədilər - VİDEO
-
Nida Xəbər 13:48
"Onlara pis xəbərim var: biz dünyaya deyirik ki..." - Prezident
-
Dünya13:18
Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün...
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi