Maraq dünyası
Bu uşaq ana bətnində əməliyyat olunub
Böyük Britaniyada yaşayan Cina və Den Levis cütlüyü körpənin dünyaya gəlməsini gözləyidilər. Hamiləliyin 20-ci həftəsində USM zamanı məlum olub ki, uşağın onurğa sütünü tam inkişaf etməyib və onun bir hissəsi açıq qalıb.
Bu nadir və çox ağır anadangəlmə patologiya tibdə "spina bifida"adlandırılır. Bu patologiya ilə doğulan uşaqlar əlil qalır, sərbəst yeriyə bilmir, əlil arabasından istifadə edir.
Həkimlər ailə cütlüyünə bətndaxili əməliyyatın keçirilməsini təklif ediblər. Unikal əməliyyat Belçikada baş tutub. 2 saat davam edən əməliyyatda 22 həkim iştirak edib. Həkimlər sinirləri yerinə, onurğa sütununun içinə yerləşdirib, defekti süni dəri ilə bağlayıblar. Daha sonra bu yerdə uşağın öz dərisi inkişaf edib.
Daily Mail xəbər verir ki, Frenki adlı qız hamiləliyin 35-ci həftəsində dünyaya gəlib. Doğulandan sonra uşaq ayaqlarını tərpətməyə başlayıb. Bu o demək idi ki, sinirlər öz funksiyasını bərpa edib və uşaq gələcəkdə yeriyə biləcək. Hal hazırda uşağın 2 yaşı var və o sərbəst yeriyir.
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu