Maraq dünyası
9 DEKABR
1991-ci il. İslam Konfransı Təşkilatının üzvü
olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda
keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata
tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul
olunduğu ilk beynəlxalq təşkilat idi. Hazırda 60-dək dövləti
birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda
müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında
yaradılıb.
1985-ci il. BMT-nin üzvü olan ölkələr yekdilliklə terrorizmin bütün
formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər. BMT
1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır.
Hazırda 193 ölkə bu qurumun üzvüdür. Azərbaycan 1992-ci il martın
2-də BMT-nin üzvlüyünə qəbul olunub.
1973-cü il. Görkəmli aktyor, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayev vəfat edib (1914-1973). Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. O, “Beş manatlıq gəlin”də Möhsün, “Toy kimindir?”də Qoşun, “Gözün aydın”da Qəhrəman kimi obrazları ilə tamaşaçıların böyük rəğbətini qazanıb. L.Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Dövlət mükafatına layiq görülüb. Sənətkar, həmçinin “Əhməd haradadır?”da Zülümov, “Ulduz”da Məhəmməd, “Qəribə əhvalat”da Kefçilov kimi rollarla yaddaşlarda əbədi iz qoyub. 2014-cü ildə L.Abdullayev haqqında “Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev” qısametrajlı sənədli filmi çəkilib. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı əsasında sənətkarın 100 illik yubileyi qeyd edilib.
1963-cü il. Azərbaycan aktyoru, rejissor, ssenarist, Əməkdar İncəsənət Xadimi Lətif Səfərov vəfat edib (1920-1963). L.Səfərov rejissor kimi fəaliyyətə 1950-ci ildə kinostudiyada bir neçə sənədli filmə quruluş verməklə başlayıb. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub. Bununla rejissor böyük kinoda ilk filmini yaradıb. “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən L.Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. O, “Azərbaycan sərhədçiləri” (1951), “Bakı və bakılılar” (1958) kimi bir sıra filmlərin rejissoru olub.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı