Maraq dünyası
Elmin aciz qaldığı, alimlərin “təbiət möcüzəsi” adlandırdığı 5 MÜƏMMALI MƏKAN - - FOTOLAR
Yer üzündə kosmik aləm qədər müəmmalı, sirli və möcüzəli yerlər çoxdur. Elm inkişaf etsə də, bu günə kimi nə qanlı şəlalənin rəngini, nə sirli Oak adasının əfsanəsinin səbəbini izah edən olmayıb. Elm adamları, mütəxəssislər bu kimi hadisələrdən söz düşəndə “təbiətin möcüzəsi” deyərək susurlar.
Publika.az sizə dünyada tayı bərabəri olmayan, bu günə qədər elmin izah edə bilmədiyi 5 ərazi haqqında maraqlı faktları təqdim edir:
1. Relmpago Del Catatumbo (Dinməyən Fırtına)
Dünyada tayı-bərabəri olmayan bir təbiət hadisəsidir. Venesuelada yerləşən Katatumbo çayı ilə Marakaibo gölünün kəsişdiyi yerin üzərində çox sayda hürkütücü buludlar yaranır. Buludların toqquşması nəticəsində şimşək fırtınası meydana gəlir. 5 kilometr yüksəklikdə yaranan gərgin ildırımlar hər gecə 10 saat olmaqla il ərzində 140-160 gecə çaxır. Şimşəklər bəzən saatda 280 dəfə təkrarlanaraq vahiməli görünüş yaradır. Katatumbo çayı ilə Marakaibo gölünün kəsişdiyi bölgədə, şiddəti 400 min amper olmaqla il ərzində orta hesabla 1 milyon 176 min elektrik boşalması baş verir. Bu səbəbdən bu ərazilər dünyada ozon əmələ gətirən yeganə yer olaraq bilinir. İnanılmaz şimşək fırtınasını isə ərazidən təxminən 400 kilometr məsafədən izləmək mümkündür. Gəmilər belə dənizdə doğru istiqamətləri şimşəklərə görə təyin edirlər.
2. Eternal Flame Falls (Sonsuz od şəlaləsi)
ABŞ ərazisində yerləşən qeyri-adi şəlalə görənləri valeh edir. Araşdırmalara görə, od şəlaləsini yerin altından çıxan təbii qazlar yaradır. Şəlalənin içərisində bir nöqtədə toplaşan təbii qazlar yanır və ortaya alov yanırmış kimi görüntü çıxır. Bu qaynağı bəsləyən təbii qazlar yerin altında və bol miqdarda olduğundan illərdən bəri fəal şəkildə yanır və heç bir halda sönmür.
3. Beş rəngli çay
Kolumbiya ərazisində yerləşən bu çay ilin bütün fəsillərində tamamilə adi çaylara bənzəyir. Lakin yay aylarında çay xüsusi görünüş alır. Müxtəlif rənglərə çalan çayın üzərində nə az, nə çox, düz 5 rəng görmək olar. Çayın müxtəlif rənglərə bürünməsinin səbəbi çayın dibində bənzərsiz yabanı otların bitməsi ilə əlaqəlidir. Qırmızı, çəhrayı, mavi, yaşıl və sarı rənglərə bürünən çayın dərinliklərində əfsanələrə görə, su anası La Mojananın xəzinəsi gizlədilib.
4. Door To Hell (Cəhənnəm Qapısı)
Türkmənistanın Ahal vilayəti yaxınlığında yerləşən Derveze rayonunda maraqlı bir qaz quyusu var. 1971-ci ildə Rusiyadan olan elm adamları və mütəxəssislər qaz mədənlərinin axtarışı zamanı bu quyunu təsadüfən tapıblar. Diametri 70 metr olan quyudan metan qaz çıxırdı. Alimlər ətraf mühiti qorumaq məqsədilə bu quyunu yandırıblar. Elə o zamandan bu günə quyu daim yanır.
5. Leyk Hillier (Çəhrayı Göl)
Çəhrayı göl adlanan bu ərazi Avstraliyanın qərbində yerləşən Goldfields Esperance bölgəsindədir. Əslində çəhrayı göl duz gölüdür. Esperancenin ərazisinin qərbindən təxminən 3 kilometr məsafədə yerləşən çəhrayi göl, cənubda sahil və avtomobil yolu ilə məhdudlaşır. Göl rəng olaraq hər zaman çəhrayı deyil. Amma suyun tipik rəngi yaşıl olur. Buna səbəb gölün dibində dunaliella salina adlı su yosununun bitməsidir. Halobacterium, halobacteria cutirubrum və yüksək nisbətdə krevet intensivliyinin nəticəsi olaraq gölün rəngi müntəzəm olaraq dəyişir. Gölün suyu dəniz suyu ilə müqayisədə daha çox duzluluq səviyyəsinə malikdir. Suyun temperaturu kifayət qədər yüksəldikdə və günəş şüaları ilə kifayət qədər təmin olunduqda yosunlar qırmızı piqment olan beta karoten toplamağa başlayır. Çəhrayı halobacteria gölün dibindəki duz qabığında yetişir. Gölün rənginin dəyişməsi dunaliella salina və holabacteria cutirubrum yosunları arasındakı tarazlığın pozulması ilə baş verir.
Könül Cəfərli
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”