Maraq dünyası
Sevgiliniz bu 5 məkanda SİZƏ XƏYANƏT EDİR
Məlum deyil bu statistika necə aparılıb, çünki ağlı başında olan kişi xəyanət etdiyini boynuna almaz. Təkcə qadın qisminin qəzəbindən qorxduğuna görə deyil, sadəcə artıq problem və rahat ailəsinin pozulmaması üçün etiraf etməzlər. Amma statistik məlumatlar var: həm də bildirilir ki, 70 % kişi xəyanət edir. Bəs görəsən kişilər xəyanət üçün hansı məkanları seçirlər? Yaxud hansı məkanlar kişiləri xəyanətə daha çox sövq edir?
Publika.az bu suala cavab tapmağa çalışıb:
Barlar və restoranlar
Belə məkanların xüsusi ab-havası, rəngarəng işıqları, bəzəkli dizaynı, açıq-saçıq qadınların çoxluğu kişiləri yoldan çıxarır. Ən çox xəyanətlər məhz bar və restoranda qeydə alınır. Xüsusilə də bura birgünlük intim münasibətlər üçün əlverişli mühitdir.
Ofisdə
Kişilərin heç də hamısı təkcə pul qazanmaq üçün işə getmir. “Zavallı”ları qınamalı da deyil. Bir də gördün gözəl, tənha bir iş yoldaşı ortaya çıxdı ki, hərdən ona mənəvi dəstək olmaq lazım gəlir. 40% kişi iş yerində özünə məşuqə tapır. Ezamiyyət, vaxtından artıq iş yerində ləngimək, iş partiləri xəyanət üçün münbit şərait yaradır.
Toy məclisi
Kişini toya tək buraxanda bunu düşünmək lazımdır. Maddiyatı bəhanə etməyin, pula qənaət etmək, kişini kimləsə şərik etməklə nəticələnir. Toya tək gedib, oradakı bəzək-düzəkli qızlarla rəqs etmək, rəqsarası telefon nömrələri almağın axırı bilirsinizmi hara qədər gedib çıxır?!
İdman zalı
Sağlam vücudlu, əzələli həyat yoldaşının olması da bir lüksdür. Amma bu əzələlər təkcə idman alətlərinin sayəsində başa gəlmirmiş. Nə bilmək olar ki, o zalda necə gözəl qızlar əzələ yığmağa yardıma, yox e... formada qalmağa gəlib?..
Sosial şəbəkələr
Tanışlıq üçün bundan yaxşı və dinc yer ola bilməz. İşlə əlaqədar girilən sosial şəbəkələrdə bəzən qızğın tanışlıq söhbətləri yaranır. Hələ inbox vasitəsilə seksual şəkillərin paylaşmasının qarşısını isə heç almaq mümkün deyil. Virtual görüşlər tezliklə reallığa çevriləndə göz yaşı tökən qarşı tərəf olmayacaq.
Şəfiqə ŞƏFA
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu