1800-cü ilin "kişiləri" - Bromanslar - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

1800-cü ilin "kişiləri" - Bromanslar - - FOTOLAR

İki və ya daha çox kişinin bir-birinə qarşı bəslədiyi sevgi hisslərinə amerikalılar "bromance" deyir. "Brother" (qardaş) və "Romance" (romantika) sözlərinin birləşməsindən yaranıb. Yalnız kişilərdən ibarət dostluq qruplarına deyilirdi. Ən çox 1800-cü illərin sonunda Nyu-Yorkda bu tip insan qruplarına rast gəlinirdi.

Kolumbiyalı fotoqraf Herbert Miçhel 2008-ci ildə Nyu-Yorkda vəfat edib. Kolumbiya universitetində çalışan Herbert özünün bütün unikal kolleksiyalarını Metropoliten muzeyinə vəsiyyət edib.

Herbert işinə çox bağlı insan olub. Onun kolleksiyaları içərisində sadə jurnalların səhifələrində dərc edilən portretlərə qədər minlərlə şəkillərə rast gəlmək olar. Bütün kolleksiyalar içərisində muzey işçilərinin diqqətini yeganə bir layihə - 1800-cü ilin kişiləri adlı fotolar çəkib. Şəkillərdə kişilərin cinsi maraqları açıq-aşkar təsvir olunub.

Bir-birlərinin qucağında oturan kişilərin şəkilləri insanları dəhşətə gətirib. Əllərini zərif şəkildə bir-birinin çiyninə qoyaraq şəkillər çəkdirən kişilər sanki bundan həzz alırlar. Maraqlısı budur ki, şəkillərdə heç bir ad və ya əlavə bir qeydlər yoxdur. Şəkillər haqqında heç bir informasiya olmasa, görüntülərin fotoşop olma ehtimalı da sıfırdır.

Publika.az sizə həmin görüntüləri təqdim edir:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm