Həkimdən ŞOK HƏRƏKƏT: uşaq üçün ona müraciət edən qadınları... - İLLƏRLƏ BUNU EDİB
Bizi izləyin

Maraq dünyası

Həkimdən ŞOK HƏRƏKƏT: uşaq üçün ona müraciət edən qadınları... - İLLƏRLƏ BUNU EDİB

Hollandiyada süni mayalanma klinikasının həkimi donorlar əvəzinə öz spermasından istifadə etməkdə və ən azı 19 uşağın bioloji atası olmaqda günahlandırılır. Həkimin DNT testi edilməsi üçün məhkəmə qərar qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hakim bu qərarı Beynəlxalq İnsan Haqları Sözləşməsinin 7-ci maddəsinə əsaslanaraq insanların öz köklərini bilmə haqqını əsas tutaraq verib.

Ötən əsrin 80-ci illərində süni mayalanma klinikası açan həkimin bu məsələdə günahlandırılması səbəbsiz deyil. Belə ki, onun rəsmi övladlarından birinin DNT nəticəsi ilə bu klinikada dünyaya gələn 19 uşağın nəticələrinin üst-üstə düşdüyü bildirilir. Ancaq dəqiq qərar üçün həkimin özünün DNT analizinə ehtiyac var. Həkim Can Karbat ötən il 89 yaşında ölüb, DNT üçün onun diş fırçası, corabları və bir sıra əşyaları incələnəcək.

Əldə ediləcək nəticə isə məhkəmənin qərarı olmadan açıqlanmayacaq. Lakin C.Karbatın bu üsulla dünyaya gələn uşaqlarının sayının daha çox ola biləcəyi bildirilir. Çünki klinikada süni mayalanma ilə dünyaya gələn şəxslərin heç də hamısının məlumatları mövcud deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm