Maraq dünyası
Bu ilin növbəti Ay və Günəş tutulmaları olacaq - Tarix açıqlandı
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika
Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay
tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat
21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də
başa çatacaq: "Proses Avropa, Asiya, Afrika, Avstraliya,
Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə
Azərbaycandan da müşahidə olunacaq. Belə ki, günbatandan sonra Ay
tutulmasının bir hissəsini görmək mümkün olacaq".
X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun
21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də
başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də
isə sona çatacaq: "Azərbaycanda bu prosesi müşahidə etmək mümkün
olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və
Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək".
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş
tutulması isə fevralın 26-da baş verib.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi