Robot tozsoranlar insanları əvəz edir - - FOTO
Bizi izləyin

Maraq dünyası

Robot tozsoranlar insanları əvəz edir - - FOTO

Təmizləmə prosesini yüksək səviyyədə yerinə yetirir.

Yüksək ixtisaslı mütəxəssislərin ortaq fikrinə görə yeni nəsil robot tozsoranlar mənzil haqqında məlumatları ev sahibinə ötürmək üçün əla imkandır.

Publika.az globalscience.ru saytına istinadən xəbər verir ki, nüfuzlu texnologiya şirkətlərinin təqdim etdiyi müasir model ağıllı tozsoranlar wi-fi şəbəkəsinə asan qoşularaq məlumatlar əldə edə və ötürə bilir.

"IRobot" şirkətinin aparıcı eksperti olan Kolin Enqlin sözlərinə görə, təqdim etdikləri avtomatlaşdırılmış tozsoranları qeyri-adi funksional qabiliyyətlərə malikdir. Bununla yanaşı, digər tozsoranlar kimi təmizləmə prosesini də yüksək səviyyədə yerinə yetirir.

Mütəxəssislər yaxın gələcəkdə robot tozsoranların köməyi ilə müxtəlif eksperimental tədqiqatlar aparmağı planlaşdırdıqlarını da bildiriblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm