Maraq dünyası
İnsan saçı kənd təsərrüfatında istifadə ediləcək - ALİMLƏRDƏN YENİ KƏŞF
Hindistanın Kerala Kənd Təsərrüfatı Universitetinin alimləri insan saçları üzərində apardıqları ilkin sınaqların nəticələrini elan ediblər.
Publika.az xəbər verir ki, ilkin tədqiqatlar zamanı müsbət nəticələr əldə edilib. Xammalı yerli bərbərxanalardan əldə edən mütəxəssislər insan saçlarını yuduqdan sonra qızdırır və tünd substansiya halına gətirirlər.
Analizin nəticələrində insan saçının tərkibində çox az miqdarda azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd olduğu aşkarlanıb.
Mütəxəssislər saçlardan hazırlanmış gübrənin sintetik gübrələrlə müqayisədə bitkilərə daha çox mikroorqanizm ötürdüyünü və inkişafı sürətləndirdiyini bildiriblər.
Yeni gübrə növünün yaradılmasında insan saçı ilə yanaşı, heyvanlara məxsus lələk, yun və buynuzlardan da istifadə edilməsi nəzərdə tutulub. Sözügedən gübrənin istehsalı kimyəvi gübrələrdən istifadəni xeyli azaldacaq.
Bu eyni zamanda Hindistanın bir çox şəhərlərində insan saçlarının sutəmizləmə sistemlərində yaratdığı problemləri də aradan qaldıracaq.
Könül Cəfərli
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi