Maraq dünyası
İnsan dərisilə üzlənən kitab - SON CÜMLƏ DƏHŞƏT SAÇIR - FOTOLAR
Müxtəlif ölkələrin kitabxanalarında insanları hələ də heyrətləndirən onlarla kitab qorunur. Bu yaxınlarda belə kitablardan 3-ü Harvard Universitetinin kitabxanasında tapılıb. İnsanları heyrətə salan detal isə kitabın mətni ilə deyil, nəşr qaydası ilə bağlıdır. Bu kitablar insan dərisindən hazırlanıb.
Publika.az həmin kitablarla bağlı maraqlı faktları təqdim edir:
Amerikalı mütəxəssislər sözügedən kitabları təsadüfən tapıblar. Ehtimallardan yola çıxan tədqiqatçılar həmin 3 kitabın insan dərisi ilə üzləndiyini dəqiqləşdiriblər. Üstəlik kitablardan birinin üzlənməsində istifadə olunan dərinin insan diri ikən soyularaq əldə edildiyi deyilib.
Bu üsul tarixi mənbələrə əsasən 17-ci əsrdə geniş yayılmışdır. O dövrdə bu "anthropodermic bibliopegy" yəni "insan dərisiylə kitab cildləmə sənəti" adlandırılırdı. Xüsusilə anatomiya kitablarını belə cildləyiblər. Bu işlə xüsusi məşğul olan insanlar olub. Onlar ölülərin dərilərini əldə edərək lazımı şəxslərə çatdırırdılar. Bunun müqabilində isə külli miqdarda ödəniş alırdılar.
Sözügdeən 3 kitabdan birinin səhifələrində Roma əlifbası ilə yazılan şeirlər, digərində isə Fransız fəlsəfəsinə aid qeydlərin olduğu deyilib.
Kitabı vərəqləyən tədqiqatçılar qeyd edir ki, onlardan qətiyyən kəskin qoxu gəlmir. Lakin kitabın son səhifələrində dəhşətli məlumat qeyd olunub. Orada belə yazılıb:
"Bu kitab 1632-ci il avqust ayının 4-də cildlənib. Onun üzlənməsində istifadə olunan dəri hələ canlı ikən dərisi üzülən əziz dostum Conas Vraytdan geriyə qalan tək xatirədir. Kitab Şavuma tərəfindən üzlənib. Bu kitab bədbəxt Conasın sahib olduğu bir neçə əşyadan biridir artıq kitab onu yaşadır. Məzarında rahat yata bilərsən, Conas."
Könül Cəfərli
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI