Maraq dünyası
Böyük Britaniyada ilk robot jurnalistin məqaləsi dərc olundu
Böyük Britaniyada ilk robot jurnalistin məqaləsi dərc olunub.
Publika.az “Life” nəşrinə istinadən xəbər verir ki, “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinin birgə layihəsi əsasında ərsəyə gələn robot jurnalistin müəllifi olduğu ilk materialların dərcinə başlanılıb.
Hazırda robot sərbəst və mükəmməl mətnlər hazırlaya bilmir. Dərc edilən ilkin materiallar insan köməyi ilə hazırlanıb. “The Reporters and Data Robots” (RADAR) proqram təminatı hazırda müstəqil mükəmməl mətnlər yaza bilməsə də, yeni texnologiyalar vasitəsilə artıq 35 jurnalist robotla birgə müxtəlif tematikalı materiallar (məsələn, tənha anaların hekayəsi, mürəkkəb tibbi əməliyyatlar) hazırlaya bilib.
İdeya müəllifləri əmindir ki, jurnalist mətnlərinin yazılmasına yönələn bu yanaşma texnologiya ilə yanaşı, insanlar arasında da yeni trend yaradacaq. Beləcə vaxta qənaət etməklə materialları daha tez və dəqiq şəkildə hazırlamaq olacaq.
Robot jurnalistə dünya mediasında da yanaşma fərqlidir. Bir qrup insan bunu mükəmməl ideya adlandırır, çünki robot jurnalistlər xəstələnmir, onların məzuniyyət günlərinə və maaşa ehtiyac yoxdur. Digər qrup robotların gələcəkdə bütün insani keyfiyyətlərə yiyələnərək insanlığı, bəşəriyyəti məhv edəcəklərini düşünürlər.
Könül Cəfərli
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Nə baş verir? - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...