Avropanın ən gözəl universitet şəhərcikləri - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Avropanın ən gözəl universitet şəhərcikləri - - FOTOLAR

İngiltərənin “Times Higher Education” dərgisi Avropanın ən gözəl universitet şəhərciklərinin siyahısını hazırlayıb.

Publika.az xəbər verir ki, siyahıda İspaniya, İtaliya, İrlandiya, Rusiya və Polşanın müxtəlif universitetləri yer alıb.

Meşəlik əraziləri, cazibədar binaları və nəfəs kəsən mənzərələri ilə gözqamaşadıran universitet şəhərciklərini təqdim edirik.

Moskva Dövlət Universiteti

Yeddi “Stalin göydələnləri”ndən biri olan binanın 33 km uzunluğunda koridoru və 5000 otağı var.

Dublin Universiteti

1592-ci ildə kraliça I Yelizaveta tərəfindən əsası qoyulub. İrlandiyanın ilk universitetidir.

Uppsala Universiteti

1477-ci ildə İsveçdə qurulub. Skandinaviyanın ən qədim ali təhsil ocaqlarından biridir.

4. Qdansk Universiteti

Polşanın ən gözəl universitetlərindən biridir.

5. Almaniya Rostok Universiteti

1419-cu ildə qurulan universitet Avropa qitəsinin şimalında qurulan ən qədim ali təhsil ocaqları sırasındadır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm