Maraq dünyası
Öpüşməyin orqanizmə İNANILMAZ FAYDALARI
Heç bilirsiniz öpüşməyin insan orqanizminə nə qədər faydası var?
Publika.az xəbər verir ki, gün ərzində tez-tez öpüşən insanların üz dərisi daha gec qırışır. Əzələlər daim hərəkətdə olduğu üçün ağızkənarı qırışlar da çox gec yaranır.
Alman alimi Volfhanq Krüger yazdığı məqalədə qeyd edir ki, cütlüklər adətən ayrılma ərəfəsinə çatanda bir-birinin dodağından öpməkdən vaz keçirlər. Çünki öpüşmək ehtiyacı sırf hormonal prosesdir.
Alimin məqaləsində qeyd olunur ki, öpüşmək vərdişi əcdadlarımızda da olub. Lakin daha şüursuz və fərqli şəkildə icra edilib. Belə ki, ibtidai insanlar körpələrini yedirmək üçün yeməyi öz ağızlarında əzib, onların ağzına öpüşlə ötürüblər.
İlk şüurlu öpüşə aid məlumat 3500 il öncə hind mənbələrində tapılmış məktubda qeyd olunub. Alimin sözlərinə görə, bir sıra meymun və balıq növləri də öpüşməyi bacarır. Lakin böyük ehtimalla onlar bunu şüursuz şəkildə edirlər.
Yalnız ötən əsrdə alimlər aşkar etdilər ki, öpüşmək instinkti birbaşa hormonlarla bağlıdır. Öpüşmə prossesində ürək döyüntüləri tənzimlənir, həzm prossesi yaxşılaşır. Həmçinin bu zaman üzün 34 əzələsi fəaliyyətdə olduğu üçün dəri cavan qalır.
Krüger qeyd edir ki, öpüşlər intim münasibətdə seksdən daha təsirlidir. Bu zaman insanlar arasında istilik də günbəgün artır.
Leyla Sarabi
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI