Keyt Middleton qanlı və ağrılı gerçəyi gizlədir - İTTİHAM
Bizi izləyin

Maraq dünyası

Keyt Middleton qanlı və ağrılı gerçəyi gizlədir - İTTİHAM

Aktrisa Kira Naytli Kembric Hersoginyası Keyt Middletonu sərt tənqid edib.

Publika.az xəbər verir ki, ingiltərəli aktrisa K.Naytli "Feministlər çəhrayı və başqa yalanları geyinmir" adlı yazıda K.Middletonla bağlı fikirlərini də qələmə alıb.

Oğlu Edie doğularkən yaşadığı çətinliklərdən yazan aktrisa Keytin uşaq dünyaya gətirərkən yaşadığı qanlı və ağrılı gerçəkləri gizlətməkdə ittiham edib.

K.Middletonun qızını dünyaya gətirəndən bir neçə saat sonra xəstəxanadan çıxış görüntülərini izlədiyini vurğulayan aktrisa, özünün də bir gün əvvəl uşaq dünyaya gətirdiyini xatırladıb.

“Hamımız xəstəxanada Keytin ekrandakı görüntüsünü izlədik. Uşaq dünyaya gətirəndən 7 saat sonra xəstəxanadan çıxırdı. Gözəl bir paltar, hündürdaban ayaqqabı geyinmişdi. Təbii ki, üzündə bütün dünyanın görmək istədiyi bir ifadə var idi. Ağrını, bədəninin qanadığını, süd vəzlərindəki ağrını gizlət. Yeddi saat əvvəl qan və ağrılar içində, ölümlə həyat arasında olduğunu gizlət. Gözəl görün, qucağında qızınla bir qrup kişi fotoqrafın qarşısında dur”, - ifadələri ilə tənqid edib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm