Çətənənin becərilməsi qanuniləşdirilir
Bizi izləyin

Maraq dünyası

Çətənənin becərilməsi qanuniləşdirilir

Çətənənin becərilməsi, yağının istehsalı və satışı milyard avrolarla pul qazandırır. Bu faydalı bitkinin Asiyada istehsalını leqallaşdıran ilk ölkə isə Tailanddır. Bu günədək çətənənin tibbi məqsədlərlə istifadə edən ölkələr arasında liderlik Kanada, Avstraliya və İsraildədir.

Publika.az xəbər verir ki, Tailandın Vəkillər Şurası çətənənin becərilməsini leqallaşdırmaq barədə qanun qəbul etsə də, qüvvəyə minməsi üçün kralın təsdiqləməsini gözləyirlər.

Tailandın Milli Fermerlər şurasının prezidenti Prapat Panyarçartrak qeyd edir ki, çətənə becərilməsi və yağının istehsalından ölkənin kənd təsərrüfatına ildə 2,7 milyard avro gəlir qazandıra bilər.

Картинки по запросу Ð

Şuranın qəbul etdiyi qanun layihəsinə əsasən, marixuananın istifadəsi ancaq və ancaq tibbi məqsədlə olmalıdır. Xarici şirkətlər və nəhəng famasevtik brendlər bu ölkədə çətənə biznesini inkişaf etdirmək üçün rəqabət aparırlar.

Əsrlər boyu çətənə Tailandın şəfalı bitkiləri sırasında yer alıb. Ötən əsrin sonlarından etibarən isə narkotik vasitə oluduğu aşkarlanır və istehsalına qadağa qoyulur.

Halbuki elm bu gün də sübut edir ki, çətənə ən ağır xəstəliklərin müalicəsində əvəzsizdir. Xüsusən də xərçəng şişlərinin əridilməsində çətənə yağının təsiri kimyaterapiyadan qat-qat üstündür.

Xatırladaq ki, Kanada artıq bu möcüzəvi bitkinin istifadəsini həm tibbi, həm də əyləncə sahələrində qanuniləşdirib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm