Şəhərin mərkəzindəki o məşhur RESTORAN BAĞLANIR - Hər kəs çılpaq gəlirdi
Bizi izləyin

Maraq dünyası

Şəhərin mərkəzindəki o məşhur RESTORAN BAĞLANIR - Hər kəs çılpaq gəlirdi

Parisin mərkəzi küçələrindən birində yerləşən O'Naturel restoranı öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, restorana daxil olan müştərilər çılpaq soyunub sonra masaya əyləşməlidirlər. Nudist restoranı gözünüzlə görməyə tələsirsinizsə, fevralın 16-dək zamanınız var.

Publika.az xəbər verir ki, Parisin 12-ci arrondismanında yerləşən O'Naturel müştərilərinə bistro tipli mətbəxdən zövq almaq imkanı qazandırır. Lakin müştəri kasadlığı restoranın qapılarını qonaqların üzərinə birdəfəlik qapamağa vadar edir. Yığılan borc ucbatından restoranın sahibi 16 fevral tarixindən sonra mülkünü birdəfəlik bağlamaq məcburiyyətindədir.

Xatırladaq ki, O'Naturel 2017-ci ildən fransız mətbəxini sevənlərin ixtiyarına verilib. Bura gələn müştərilər 40 avrodan başlayan qiymətə həm ləziz yeməkləri dada, həm də tam çılpaq hallarından zövq ala bilərlər.

Paris Naturistləri Assosiasiyasının vitse-prezidenti Sediko Amato üçün restoranın bağlanması xəbəri gözlənilən olub. O'Naturel-in daimi müştərisi Amato bildirir ki, biznesin bütövlükdə nudist mədəniyyətdən ibarət olması üçün hələ zaman tələb olunur. Hələ ki, paytaxta səfər edən naturistlərin sayı azdır.

Həmçinin Parisdə nudist restoranının uzun müddətli fəaliyyətinin əsas maneəsi şəhərdəki müxtəlif mədəniyyətlərdən olan əlahinin sıxlığı və günəşli günlərin kadaslığıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm