Maraq dünyası
Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ (FOTO)
Planetimizin hər nöqtəsinin özünə xas möcüzələri, qeyri-adiliyi, mədəniyyət, adət-ənənə fərqi var. Məsələn, Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər.
Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar.
Publika.az xəbər verir ki, Samoanın 190 min nəfərlik əhalisinin üçdə biri faafinedir. Onlar həmçinin digər ölkələrdə də adaların diaspor təşkilatının fəal üzvləridir.
Faafafine olmaq cinsiyyət orqanını fiziki olaraq əməliyyat etdirmək demək deyil. Hətta bəzi faafafinelər deyirlər ki, uşaqlıqdan psixoloji olaraq qadınlıqlarına əmin böyüyüblər. Onların qadın ruhu o qədər güclüdür ki, ölkənin ən gözəl qızlarını kölgədə qoyurlar. Böyüdükcə orqanizmlərindəki kişiləşmənin fərqinə varıb daha aqressiv nə narahat olurlar.

“Biz bilirik ki, qadınıq, kişi kobudluğumuz qabardıqca depressiyaya düşürük”, - deyə bildirirlər.
Faafafinelər ölkələrində qeyri-adi, yaxud təhqir dolu baxışlara məruz qalmırlar. Heç kim onlara homoseksual kimi də baxmır. Bu, Samoa əhalisi üçün sadəcə üçüncü cinsiyyət bölgüsüdür. Faafafinelər adətən kişilərlə ailə qururlar. Bu, isə çox adi hal sayılır. Nadir halda faafafine qadınla ailə qurur. İki faafafinenin nikahına isə doğru baxmırlar. Onların nikahı heç vaxt rəsmiyyətə qovuşmur.
Bəs gəlin, görək, ailələr oğullarını niyə faafine kimi böyüdüb onların həyatını kökündən dəyişirlər. Məsələ burasındadır ki, bu adada kişi və qadının öz öhdəlikləri var. Kişi pul qazanır, mal-qara kəsir, qadınlarsa, yemək hazırlayıb, uşaq tərbiyə edir, bir sözlə, ailə ocağının keşiyini çəkirlər. Ölkədə qadın qıtlığı olduğu üçün bir sıra ailələr doğulan oğlan körpələrini qız kimi böyüdürlər.
Bu adət tükürpədən və arxaik sayılsa da, çağdaş Samoa ailələri arasında bir çox faafine valideynləri var.
Faafafinelər həmçinin başqa ad altında Havay adalarında, Əfqanıstan və Pakistanda da yaşayırlar.
Leyla Sarabi
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı
-
Sosial17:05Pensiya alanların nəzərinə
-
Rəsmi xronika16:31İlham Əliyev fərman imzaladı
-
Sosial15:24Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar
-
Nida Xəbər 15:06Əli Əsədov qərar imzaladı
-
Sosial15:04Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu - YENİLƏNDİ
-
Dünya14:41Azərbaycanla Ermənistan arasında münasibətlər Aİ üçün çox vacibdir - Kallas
-
Dünya13:28Ələ keçirilən İran gəmisi nə daşıyırmış? - Şok iddia




























.jpg)











