Maraq dünyası
Cinayət qurbanlarının sayı müharibədə ölənlərdən daha çoxdur - BMT-dən ŞOK HESABAT
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya miqyasında cinayətə qurban gedənlərin sayının müharibə və lokal döyüşlərin yaşandığı bölgələrdə həyatını itirənlərdən beş qat daha artıq olduğunu açıqlayıb.
BMT-in Narkotik və Cinayətlər Ofisinin açıqladığı arayışa görə, 2017-ci ildə dünya miqyasında 464 min nəfər cinayətə qurban getdiyi halda, eyni ildə müharibə və toqquşmalarda 89 mindən artıq insan dünyasını dəyişib, 26 min nəfərsə terror aksiyaları zamanı həyatını itirib.
Ən yüksək cinayət faizi Mərkəzi Amerikadadır. Dünya miqyasındakı cinayətlərin 19 faizi mütəşəkkil cinayətlərdən qaynaqlandığı halda, Mərkəzi Amerikada hər 100 min insandan 62,1-i cinayətə qurban gedib.
Sənədə görə, cinayət faizlərinin ən aşağı olduğu yerlər isə Asiya, Avropa və ada dövlətləridir.
Arayışda həmçinin ailədaxili zorakılığa görə öldürülən qadınların faizində (58 faiz) də artım yaşanıb. (Musavat.com)
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO