Yeni doğulan körpəyə KORONA adı verildi
Bizi izləyin

Maraq dünyası

Yeni doğulan körpəyə KORONA adı verildi

Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı verilib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qızın dayısı Niteş Tripati məlumat verib:

"Baxmayaraq ki, virus çox təhlükəlidir, təşvişə düşməyə ehtiyac yoxdur. Həkimlərin tövsiyələrinə əməl etməyə çalışmaq lazımdır. Bu körpə virusla mübarizədə insanların birliyinin simvolu olacaq".

Korona martın 22-də, ölkədə komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm