Maraq dünyası
Təcrübəli stüardessa işi ilə bağlı bütün sirləri açdı: əslində bizim vəzifəmiz...
Amerikadakı hava yolu şirkətlərindən birinin əməkdaşı olan stüardessa Kat Kamalani peşəsi ilə bağlı bütün mifləri dağıdıb.
Publika.az xəbər verir ki, o, stüardessaların əsas vəzifələrinin nələr olduğunu izləyiciləri ilə sosial media hesabında bölüşüb.
Onun sözlərinə görə, stüardessaların əsas vəzifəsi uçuş zamanı sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Onlar digər işləri görmək məcburiyyətində deyillər.
Kamalaniyə görə, stüardessalar sərnişinlərə baqajın üst rəfə qoyulmasında kömək etməməlidirlər. Fakt budur ki, bu müddətdə stüardessa yaralanarsa, şirkət kompensasiya ödəməyəcək. Axı baqajlar fərqli ola və təyyarədə hər şey ola bilər: “Bizim vəzifəmiz uçuşdan sonra salonun təmizlənməsini də əhatə etmir. Bu missiya təmizlik şirkətlərinin xüsusi muzdlu işçiləri tərəfindən həyata keçirilir”.
Bundan əlavə, uçuş işçilərinin xidmətçi olmadığını, yemək və içki vermək üçün deyil, ilk növbədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün orada olduqlarını vurğulayıb. Amma əlbəttə ki, uçuş zamanı yemək təşkil etməkdən məsul onlardır.
Təlimata görə, uçuş işçilərinin vəzifələrinə sərnişinlərin daxil olması və yerləşməsi, sərnişinlərin və təyyarələrin təhlükəsizliyinin təmin edilməsi daxildir. Onlar ilk yardım göstərməli, lazım gələrsə, sərnişinin sənədlərini və blankları doldurmalı və ya kömək edə bilməlidirlər.
Bundan əlavə, stüardessalardan fövqəladə hallar zamanı sərnişinləri sakitləşdirmək, təhlükəsiz çıxışlarını təmin etmək tələb olunur. Bu məqsədlə təyyarədə həmişə fövqəladə çıxışlar olduğu sayda stüardessa olur.
Qeyd edək ki, ilk qadın stüardessalar 1930-cu ildə işə başlayıblar. O dövrdə stüardessaların 25 yaşdan böyük olmaması və tibb bacısı diplomu olması vacib idi. Bu işə subay, gözəl simalı və 52 kiloqramdan çox olmayan qadınlar götürülürmüş. Təyyarədəki gözəl qızlar ən yaxşı reklam vasitəsi idi. Varlıqları ilə təyyarələrin qorxunc olmadığını sübut edirdilər, yəni zərif xanımlar belə uçmaqdan qorxmurlar.
İndi standartlar bir qədər dəyişib və stüardessaların boyu və çəkisi ilə bağlı məhdudiyyətlər olsa da, o qədər də sərt deyil. Müasir stüardessanın sağlamlığı mütəmadi olaraq yoxlanmalı, psixoloji cəhətdən sabit, ünsiyyətcil, intizamlı və məsuliyyətli olmalı, xarici dilləri bilməli və aydın diksiyaya sahib olmalıdır.
Zümrüd
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)