Gələcəkdən xəbər verən serial gerçək olur - Ölmüş insanlar geri qayıdacaq
Bizi izləyin

Maraq dünyası

Gələcəkdən xəbər verən serial gerçək olur - Ölmüş insanlar geri qayıdacaq

Dünyaca məşhur “Black Mirror” internet serialının bir hissəsi reallaşır.

Publika.az xəbər verir ki, “Microsoft” korporasiyası ölən insanların rəqəmsal əkizlərinin yaradılmasına imkan verən patent alıb.

Texnologiya sosial şəbəkələrdəki yazışmalar, fotoşəkillər, səs məlumatları və digər ictimai platformada paylaşılan onlayn məzmun daxil olmaqla, vəfat etmiş şəxslərin şəxsi məlumatları əsasında işləyəcək. Süni intellektdən istifadə edən robot istifadəçinin ölmüş qohumlarını və ya yaxınlarını təqlid edərək onlarla ünsiyyət qurmasına imkan verəcək.

Konsepsiya ABŞ Patent və Ticarət Nişanı Bürosunun (USPTO) veb-saytında yerləşdirilmiş sənəddə qeyd edilib. Bildirilib ki, konsepsiya əsasında insanlar bu gün və ya keçmişdə yaşayan bir insanla danışa bilər: dost, qohum, tanış, məşhur, qondarma xarakter, tarixi şəxsiyyət, təsadüfi şəxs və sair.

“Microsoft” mütəxəssisləri tərəfindən düşünülmüş virtual klon yalnız mərhumun səsini çıxarmayacaq, həm də onun ünsiyyət tərzini tam olaraq təqlid edə biləcək. Bunun üçün fərdi səs sintezatorundan istifadə edilməsi planlaşdırılır. Bundan əlavə, şirkət fotoşəkilləri və ya videoları istifadə edərək robotun 2D və 3D modellərini yaratmaq imkanlarını nəzərdən keçirir.

Первая страница патента

Qeyd edək ki, bənzər texnologiya “Black Mirror”un ikinci mövsümünün ilk hissəsində yer alıb. Hekayədə gənc qadın yol qəzasında ölən sevgilisi ilə ünsiyyət qurmaq üçün texnologiyanı istifadə etməyə qərar verir. Serialın qəhrəmanı süni intellektin nəzarəti altında olan insanın rəqəmsal surətini sifariş edir və onunla ünsiyyət qurmağa davam edir. Lakin zaman keçdikcə onun cismi mənasızlaşır və fotoalbom və ya köhnə əşya kimi evin bir küncə atılır.

İnternetdə ictimaiyyətə açıq məlumatlara əsaslanaraq virtual insan avatarı yaratmağın mümkün olacağını düşünən bir çox mütəxəssis şəxsiyyət oğurluğu təhlükəsini dilə gətirməyə başlayıb. Əvvəllər bu konsepsiya ilə yalnız filmlərdə qarşılaşmaq olardı, lakin rəqəmsal əkizlər texnologiyasının inkişafı yeni kiber-cinayət dövrünün başlanğıcına çevrilə bilər. Bir şəxsin virtual klonunun köməyi ilə fırıldaqçılar müxtəlif xidmətlərə, şifrələnmiş məlumatlara, bank hesablarına və digər məxfi məlumatlara giriş əldə edə biləcəklər.

Lakin, əksər texniki patentlərdə olduğu kimi, “Microsoft”un, həqiqətən, bu cür texnologiyanı tətbiq etməsi ehtimalı azdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm