Riçard Girdən anlamlı HƏYAT DƏRSİ
Bizi izləyin

Maraq dünyası

Riçard Girdən anlamlı HƏYAT DƏRSİ

Dünya şöhrətli Hollivud aktyoru Riçard Gir hesab edir ki, özümüzü qadağalarla çərçivəyə salmaq və sağlam həyat uğrunda qoyulan məhdudiyyətlər heç də həmişə yaxşı nəticə vermir. Aktyorun fikrincə, bizə bir dəfə bəxş edilən həyatı doya-doya yaşamalıyıq.

Publika.az oxucuları Riçard Girin müsahibələrinin birində xoşbəxtlik haqqında danışdığı anlamlı həyat dərsi ilə tanış edir:

“Dostumun anası bütün həyatı boyu sağlam qidalanırdı. Heç vaxt spirtli içki içməz, zərərli qidalar yeməz, hər gün fiziki məşqlər edər, daima hərəkətdə olar, həkiminin yazdığı bütün vitaminləri qəbul edər və qoruyucu günəş kremi çəkmədən küçəyə çıxmazdı. Çıxsa da, mümkün qədər evə tez qayıdardı, ümumiyyətlə mümkün olan hər şeyi edirdi ki, sağlamlığını qorusun. İndi 76 yaşındadır, dəri xərçəngi, sümük iliyi xərçəngi və ağır osteoporozdan əziyyət çəkir.

Dostumun atası isə donuz əti və çörəyin üstünə çoxlu kərə yağı çəkib yeyir, heç vaxt idmanla məşğul olmur. Hər yay dərisi qabıq verənə qədər günün altında yatıb qaralırdı, həyatı başqaları məsləhət gördüyü kimi deyil, doya-doya yaşayırdı. 81 yaşına çatanda həkimlər onun səhhətində ciddi problemlər olmadığını dedilər.

İnsanlar, zəhərdən gizlənə bilməzsiniz! O, var və istənilən halda gəlib sizi tapa bilər, odur ki, həyatdan zövq almağı bacarın. Dostumun anasının dediyi kimi: “Həyatımın belə sona çatacağını bilsəydim, onu istədiyim şəkildə və hər şeydən zövq alaraq doyunca yaşayardım!”

Heç birimiz bu dünyanı sonsuza qədər tutub durmayacağıq, özünüzü ikinci yerə qoymayın. Dadlı yeməklər yeyin. Günəşli havada gəzintiyə çıxın.

Okeana tullanın. Qəlbinizdəki dəyərli həqiqəti bölüşün. Axmaq olun. Mülayim olun. Yeri gələndə qəribə olun. Bir sözlə, istədiyiniz kimi davranın. Həyat o qədər qısadır ki, başqa məsələlərə vaxt ayırmağa dəyməz”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm