Mask nədən qorxur? - Mühafizəçilərini dişlərinə qədər silahlandırıb
Bizi izləyin

Maraq dünyası

Mask nədən qorxur? - Mühafizəçilərini dişlərinə qədər silahlandırıb

İlon Mask oğurlanmaqdan qorxur.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə tanınmış milyarderin valideyni Errol Mask bildirib.

Errol Mask deyib ki, oğlunun evi yüksək texnologiyalı kameralar, elektrik çəpərləri və gecə-gündüz müşahidə sistemi ilə təchiz edilib. Bundan əlavə, Mask öz mühafizəçilərini, hətta dişlərinə qədər silahlandırıb.

“Bizdən birini qaçırsalar, bu, hər kəsin həyatında qazandığı ən sürətli 20 milyon dollar olacaq. Mən özüm üçün qorxmuram. Amma Elona qarşı nəsə baş verə biləcəyindən narahatam, baxmayaraq ki, onun ətrafında 100-ə yaxın mühafizəçi var”, - deyə Errol Mask söyləyib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Mask iki yaşlı oğlu ilə birlikdə avtomobilində gedərkən təqib edildiyini iddia etmişdi.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm