Maraq dünyası
Xəbərdarlıq: Onlar hamımızı öldürə bilər, qlobal tənzimləmə lazımdır
Mütəxəssislər qabaqcıl süni intellektin hamını öldürə biləcəyini hesab edir.
Publika.az xəbər verir ki, Oksford Universitetinin tədqiqatçıları şirkətlərin insanları məhv edə biləcək nəzarətsiz sistemlər yaratmasının qarşısını almaq üçün qlobal tənzimləmə tələb edirlər.
Onlar süni intellektin nə vaxtsa liderlik, mentorluq və ya inandırma ilə əlaqəli yaradıcı sahələri əvəz etməsi ehtimalının az olduğunu düşünür.
Oksford Universitetinin maşın öyrənməsi üzrə professoru Maykl Osborn ümid edir ki, dünya ölkələri qabaqcıl süni intellektdən yaranan “ekzistensial təhlükəni” tanıyacaq və təhlükəli sistemlərin inkişafının qarşısını alacaq müqavilələr bağlamaq üçün birləşəcək.
"Əgər inkişaf etmiş süni intellektin nüvə silahları qədər təhlükəli olduğunu başa düşə bilsək, bəlkə də onu idarə etmək üçün oxşar əsasa gələ bilərdik", - deyə professor qeyd edir.
O da bildirilir ki, avtomobillərin sürücüsüz idarə edilməsində süni intellekt gözlənilən effekti verməsə də, digərlərində, məsələn, mətn yaratmada hər kəsin gözlədiyindən qat-qat artıq irəliləyiş nəzərə çarpır.
Mehti Kamiloğlu
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO