Min illk qadağa dəyişir: Onlar da subaylığın daşını atacaq
Bizi izləyin

Maraq dünyası

Min illk qadağa dəyişir: Onlar da subaylığın daşını atacaq

Papa keşişlər üçün minilliklər boyu davam edən subaylığa yenidən baxmağa çağırıb.

Publika.az xəbər verir ki, Roma Papası Fransisk keşişlər üçün subaylığı müvəqqəti tədbir adlandırıb və minillik qaydaları yenidən nəzərdən keçirmək barədə qərara gəlib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Pontifik bildirib ki, 11-ci əsrdə tətbiq edilən qayda yalnız "müvəqqəti resept" olub və hazırda keşişin evlənə biləcəyi ilə bağlı heç bir ziddiyyət yoxdur.

Qeyd olunur ki, övladı olmayan ruhanilərin sərvəti kilsəyə buraxma ehtimalı daha çox olduğundan, subaylıq yalnız 11-ci əsrdə Roma Katolik Kilsəsi tərəfindən maliyyə səbəblərinə görə tələb kimi qoyulub.

Bundan əvvəl isə Papa homoseksuallığın günah sayıldığını, lakin cinayət olmadığını bildirib. O, bütün katolik yepiskoplarını LGBT icmasının nümayəndələrinə mərhəmət göstərməyə çağırıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm