Maraq dünyası
Müflis hersoqlar: Harri və Meqan sərvətlərini belə israf etdilər
Harri ilə Meqanın maddi vəziyyəti necədir və niyə hamı onların iflasın astanasında olmaqlarından danışır?
Publika.az oxucuları qalmaqallı cütlüyün maliyyə vəziyyəti ilə bağlı maraqlı faktlarla tanış edir.
Şahzadə Harri ilə hersoginya Meqan kral ailəsinin üzvləri kimi istefa verdikdən sonra "maliyyə cəhətdən müstəqil" olmağa söz verdilər. Üç ildən çox əvvəl Birləşmiş Ştatlara köçdükdən sonra onlar Harrinin mirasını, eləcə də Meqanın aktyorluq karyerası boyunca topladığı əmanətlərini artırmaq vədlərini yerinə yetirmək üçün kifayət qədər sürətlə hərəkət etdilər. Məsələn, “Netflix” kimi şirkətlərlə bir neçə böyük müqavilə imzaladılar.
Ancaq Sassekslərin “Spotify” ilə çox milyon dollarlıq müqaviləsi ləğv edildikdən sonra media onların qeyri-müəyyən maliyyə vəziyyətindən danışmağa başladı. Hersoq və Hersoginyanın 46 milyon funt sterlinq dəyərində sərvəti bir çoxlarına elə gəlir ki, gözləri önündə sönməkdədir. Bəs cütlüyün maddi durumu indi nə yerədir? Ən əsası isə milyonlarını nəyə xərcləyirlər?
Opra Uinfri ilə qalmaqallı müsahibəsində Harri Meqan ilə birlikdə ABŞ-a köçmək üçün mərhum anası Şahzadə Dianadan mirasına güvəndiyini açıqlamışdı. Ehtimal olunur ki, 1997-ci ilin avqustunda Diana ölən zaman bu məbləğ təxminən 7 milyon funt sterlinq olub. Bundan əlavə, 2002-ci ildə Kraliçanın anasının ölümündən sonra mətbuat Harri və Uilyama ulu nənələrinin 70 milyon funt-sterlinq sərvətindən təxminən 14 milyon funt-sterlinq miras qaldığını yazmışdı.
Harrinin maaşı
2021-ci ilin mart ayında Harri San-Fransiskoda yerləşən startapda işə müraciət etdiyini açıqladı. O, kouçinq xidməti gösətərən “BetterUp”ın direktorudur. Şirkət rəhbəri məşhura ödənilən məbləği gizli saxlayır. Bununla belə, proqramın investoru “Mirror”a bildirib ki, bu məbləğ ildə 500.000 funt-sterlinqdən 2 milyon funt-sterlinqə qədər ola bilər.
Təkcə Böyük Britaniyada “Spare” kitabı ilk həftələrində 750.000 nüsxə satıldı. Harri tərcümeyi-halından əldə etdiyi gəlirin çox az bir hissəsini xeyriyyəçiliyə bağışladı. “MailOnline”a görə, şahzadənin nəşriyyatla müqaviləsi 16 milyon funt sterlinq dəyərində qiymətləndirilib. Meqan isə uşaqlar üçün “The Bench” kitabını yazıb nəşr etdirib. Onun kitabdan avans alıb-almadığı bilinmsə də, bir marka mütəxəssisi “MailOnline”a bunun 500.000 funt sterlinq ola biləcəyini iddia edib.
Harri ilə görüşməzdən əvvəl xanım Markl nisbətən uğurlu aktyorluq karyerasına malik idi və “Suits”in ulduzlarından birini canlandırırdı. Onun Reyçl Zeynin köməkçisi roluna görə hər epizod üçün təxminən 38.000 funt sterlinq maaş aldığı güman edilir. Meqan bloqundan da gəlir əldə edir, həmçinin Kanada markası “Reitmans” üçün geyim xətti hazırlayıb. Bununla belə, Meqanın aktyorluq və bloqdan əldə etdiyi qazancı indiki həyat tərzi ilə müqayisə etmək çətindir.
Startaplara investisiyalar
2020-ci ildə Meqan sərmayə qoyduğu veqan qəhvə şirkəti “Clevr Blends”in satışı üçün Opra Uinfridən yardım istədi. Müqavilənin dəyəri məlum deyil. Lakin bu ilin əvvəlində hersoginya brendin reklam çarxında rol aldı və burada o, "Clevr”in ilk investoru, məsləhətçisi və ən böyük dəstəkçisi adlandırıldı.
Cütlüyün məşğul olduğu başqa bir müəssisə “Ethic” stabil investisiya şirkətidir. 2021-ci ildə Hersoq və Hersoginya yalnız məqbul ekoloji və sosial məqsədlərə malik olduqlarına inandıqları şirkətlərə sərmayə qoyan və 1,3 milyard dollar idarəçiliyi olan bir firmada "təsir ortağı" və investor olduqlarını açıqladılar. Sassekslərin nə qədər sərmayə qoyduğu və bunun onlara nə qədər gəlir (və ya zərər) gətirdiyi məlum deyil.
Müqavilələri
Harri və Meqanın kral ailəsindən ayrıldıqdan sonra imzaladıqları ən gəlirli sövdələşmələrdən biri "Netflix" ilə oldu. Dəqiq nə qədər olduğu bilinməsə də, 87 milyon funt sterlinq (və ya 112 milyon dollar) ola biləcəyi güman edilir. Bununla belə cütlüyün “Netflix”lə anlaşması uğurlu olmadı. Keçən il Meqanın üzərində işlədiyi “Pearl” adlı cizgi filmi layihəsinin ləğv edildiyi məlum oldu.
Yuxarıda qeyd edildiyi kimi, Sassekslərin “Spotify” ilə də müqaviləsi ləğv edilib.
Xərclər
Harri və Meqanın ABŞ-dakı əsas sərmayəsi prestijli Montesito bölgəsindəki doqquz otaqlı evdir. Hersoq və Düşes növbəti 30 il ərzində ipoteka ödənişlərini, habelə əmlak vergisi və sığortanı ödəmək üçün ayda təxminən 50.000 funt sterlinq ödəməli olacaqlar. 11 milyon avro dəyərində əmlak almaq üçün onlar təxminən 7 milyon funt sterlinq məbləğində ipoteka götürməli olublar.
Vindzordakı Froqmor kotteci artıq cütlüklərə məxsus deyil, lakin əmlakın təmir vergisi onlara 2,4 milyon funt-sterlinqə başa gəlib.
Sassekslər daşınmaz əmlakla yanaşı, mühafizəyə də çox pul xərcləyirlər. Onlar Böyük Britaniyada yaşadıqları müddətdə Metropoliten Polisi tərəfindən mühafizə ilə təmin olunublar, lakin bu xidmətlərin dəyərini hesablamaq çox çətindir. Opra şousunda Harrinin dediyinə görə, onun və Meqanın “Netflix” və “Spotify” kimi şirkətlərlə böyük pul sövdələşmələri "heç vaxt planın bir hissəsi olmayıb", lakin təhlükəsizliyi təmin etmək üçün lazım olub. "Mənə lazım olan tək şey, ailəmin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər pul idi”, - Harri vurğulayıb.
Aytən
-
Magazin105:15
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO
-
Hadisə04:14
21 yaşlı Fərid ağır qəzanın qurbanı oldu
-
Dünya03:13
İraqda qızlar üçün "razılıq yaşı" 9-a ENDİRİLİR
-
İdman01:21
“Səbinə, Oqtayla evlənərsən?” - Baş məşqçi stadionda evlilik təklif etdi / FOTO
-
Nəqliyyat00:45
Rayondan Bakıya gələnlərə YENİ XƏBƏR: şəhərə giriş belə olacaq - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münasibətlər sürətlə pisləşəcək
-
Magazin19 Noyabr 22:36
Səidə Sultan tanınmaz halda - FOTO
-
Sosial9 Noyabr 22:24
Azərbaycanda tanınmış şair VƏFAT ETDİ - FOTO