Maraq dünyası
Avropada karbon qazı görün necə yaranırmış
Avropanın karbon qazı buzaltı okeandan gəlir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, müşahidələr üçün James Webb Kosmik Teleskopundan istifadə edən ABŞ astronomları Avropada tapılan karbon qazının buzlu qabığın altındakı okeandan gələn emissiyalardan qaynaqlandığını bildirirlər. Onların bu barədə araşdırmaları “Science” jurnalında dərc olunub.
Alimlər Avropanın səthində karbon qazının paylanmasının xəritəsini çıxarmaq üçün Webb Teleskopunun yaxın infraqırmızı spektrometrindən alınan məlumatları təhlil ediblər. CO2-nin ən böyük miqdarı geoloji cəhətdən gənc Tara Reggio bölgəsində müşahidə olunub. Genişliyi 1800 kilometr, çoxlu sayda silsilələr və çatlar ilə xarakterizə olunur. Bir fərziyyə odur ki, bunun səbəbi okeandan qalxan və səth buzlarını əridən isti sudur. Bu, öz növbəsində, yenidən dondurulur və yeni kələ-kötür süxurlar əmələ gətirir.
Müşahidələr karbon qazının buzaltı okeandan gəldiyini göstərsə də, alimlər karbonun radiasiyaya məruz qalmış karbonat mineralları şəklində planetin içindən çıxması ssenarisini tamamilə istisna edə bilməyiblər.
Həmçinin Tara Reggio bölgəsində böyük miqdarda süfrə duzu müəyyən edilib ki, bu da səthin rəngini Avropanın digər ərazilərinə nisbətən əhəmiyyətli dərəcədə daha sarı edir. Astronomlar həmçinin peykin səthindən çıxan su şleyflərinin və ya uçucu qazların izlərini aşkar etməyə ümid etsələr də, hələ də heç nə tapa bilməyiblər.
Mehti Kamiloğlu
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı




































