Maraq dünyası
Dünyanın ən qoca iti öldü
Ginnesin Rekordlar Kitabı 31 yaşı olan və dünyanın ən yaşlı iti hesab olunan Bobinin öldüyünü bildirib.
Publika.az xəbər verir ki, Bobi saf Rafeiro do Alentejo (Portuqaliya heyvandarlıq iti cinsi) cinsindən idi və Portuqaliyada Leonel Koştanın evində yaşayıb. Köpək Portuqaliya hökumətinin ev heyvanları bazasında qeyd edilib.
Bobinin təsadüfən sağ qaldığı məlumdur. Leonelin atası balalara qulluq etmək istəməyib və doğuşdan sonra onları öldürüb. Lakin o, köməkçi tikilidə odunlar arasında olan Bobini görməyib. Sahibi bildirib ki, Bobi yaşlaşdıqca, az qala kor olub və yeriməkdə problemlər yaranıb. Bununla belə, onun ümumi səhhəti yaxşı olub. Kosta itə həmişə təzə yemək verib və quru yeməkdən istifadə etməyib. İtin genetikası da sağlam olub, anası 18 il yaşayıb.
İtlər arasında gözlənilən ömür uzunluğuna görə əvvəlki rekord 29 yaş 5 ay yaşayan Blyu adlı avstraliyalı çoban itinə məxsus idi.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
























.jpg)















