Maraq dünyası
100 kiloluq sahibsiz it hər kəsi təəccübləndirdi - FOTO
Rusiyada küçələrdən birində tapılan 100 kiloqramlıq sahibsiz it könüllüləri təəccübləndirib.
Publika.az xəbər verir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində “Şəfqət NN” Nijni Novqorodun heyvanlara yardım xeyriyyə fondunun əməkdaşları məlumat veriblər.
Fondun əməkdaşları tərəzi üzərində uzanmış kök itin fotolarını sosial şəbəkələrdə yayımlayıb, onun müalicəsi və pəhriz qidası üçün ianə aksiyası elan ediblər. "Krugets" adı verilən heyvan uzun müddətdir piylənmədən əziyyət çəkir. Artıqçəkili it oynaq ağrıları yaşayır.
Köpək artıq dietoloq tərəfindən müayinə olunub, qan analizləri götürülüb və daha bir neçə araşdırmanın aparılması planlaşdırılır. Eyni zamanda, Krugets aparata uyğun olmadığı üçün könüllülər onu rentgen müayinəsindən keçirə bilmirlər. Müayinədən keçə bilmək üçün it ən azı iki dəfə çəki itirməlidir - 50 kiloqrama qədər.
Şərhlərdə sahibinin olmadığını nəzərə alan insanlar itin necə bu qədər kökəlməsi ilə maraqlanır. Bəziləri bazarda işləyən mərhəmətli satıcıların onu bəslədiyini ehtimal edirlər.

-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)



.jpg)














