Maraq dünyası
Sevgidə ən xəsis bürclər - Onları tanıyaq
Hər kəsin sevgidən gözləntiləri fərqlidir. Bəzi insanlar romantik əlaqələr baxımından şanslı olsa da, bir çox insan axtardığı sevgini tapa bilmir. Astroloqlar vurğulayırlar ki, 4 bürc sevgidə həddindən artıq qənaətcil olur.
Publika.az həmin bürcləri təqdim edir:
Xərçəng
Xərçənglər son dərəcə evə bağlı və partnyorlarına sadiqdirlər. Özlərini yaxşı hiss etmək üçün əllərindən gələni edirlər. Onların bir çoxu karyeralarında uğur qazanır. Lakin pula qənaət etməyə hədsiz çox vaxt sərf edirlər. Pullarını hər zaman pulqabında saxlamaq istəyən xərçənglər harasa getməkdənsə, evdə vaxt keçirməyə üstünlük verirlər.
Oğlaq
Oğlaqlar iddialı və işgüzardırlar. Onlar sevgidən çox karyeralarına üstünlük verirlər. Pul yığmaq fikrində olduqları üçün sevdikləri şəxslə şam yeməyinə çıxanda qarşı tərəfi hesabı ödəməyə məcbur edə bilərlər.
Qız
Qızlar qənaətcil kimi tanınırlar. Onlar mükəmməlliyə meyllidir və pul xərcləməkdə vasvasılıq edirlər. Hər hansı şişirdilmiş davranışdan və xərclərdən çəkinirlər.
Əqrəb
Əqrəblər gizli qalmağı sevirlər. Maddi vəziyyətlərini yaxın dostlarından və ailələrindən gizlədə bilərlər. Onlar pulu ancaq ehtiyaclara xərcləyirlər. Səyahət həvəsi həmişə üstünlük təşkil edir və buna pul xərcləməkdən yayınmırlar.(Yenisabah.az)
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?













.webp)



.jpg)

















