Maraq dünyası
15 il sonra ödənən hesab: yeyib-içib qaçmışdı
İtaliyada fəaliyət göstərən barladan birinin müştərisi etdiyi sifarişin hesabını nə az, nə çox düz 15 il sonra ödəyib.
Publika.az xəbər verir ki, 2008-ci ildə bir kişi öz dostları ilə İtaliyanın Trento şəhərindəki Simposio barına gəlib. Onlar yeyib-içdikdən sonra, hesabı ödəmədən qaçıblar.
“15 il əvvəl şənbə gecəsi bura gəldim və dostlarımla bir neçə stəkan şərab içdim. Zarafat kimi pulu vermədən qaçdıq. Buna görə də o gündən bəri barınıza ayaq basmadım”, - deyə həmin müştəri bar sahibi Andrea Bosizioya ünvanladığı məktubunda belə yazıb.
Məktubun müəllifi müəssisənin sahibindən üzr istəyib və zərfin içərisinə 30 avro qoyub. Bu məbləğin 2008-ci ildə ödəməli olduğu məbləğdən dörd dəfə çox olduğunu qeyd edib.
“Üzrümü qəbul edib-etməməyinizə qərar verməyi sizə buraxıram. Yenə görüşəcəyik, çünki indi başımı qaldırıb çox rahatlıqla bara qayıdacağam”, - deyə məktub sahibi yazıb.
Bar sahibi Bosizio isə öz növbəsində bu hadisəni 18 illik iş fəaliyyətində ən yadda qalan xatirə adlandırıb. Məktubun yazılması ona olduqca yaxşı təsr bağışlayıb və özünün də dediyi kimi indi o qarşısında 2 qədəh şərab məktub müəllifinin yolunu gözləyir.
Cəmilə
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət














.jpg)
.jpg)


















