Maraq dünyası
Balıqçının toruna düşən canlı görənləri heyrətləndirdi: 10 minə satıldı - FOTO
Türkiyənin Muğla şəhərində balıqçıların toruna 120 kiloqram çəkisi olan nəhəng vatoz balığı düşüb.
Publika.az "Haber Globol"a istinadən xəbər verir ki, balıq rayon bazarındakı dükanda satılıb.
Balığı görən vətəndaşlar bir müddət təəccüblərini gizlədə bilməyiblər. Balıqçı bildirib ki, balıq ovlanandan dərhal sonra satılıb:
"Balığı Yaponiyaya göndərməyi düşünürdük. Ancaq burada 10 min lirəyə əcnəbi qadın aldı"- deyə balıqçı qeyd edib.
Xatırladaq ki, vatozların digər balıqlardan ən əhəmiyyətli fərqləri onların düz bədənləri, çox uzun və nazik quyruqları, kəpənək qanadlarına bənzəyən iri üzgəcləridir. Ağızları və qəlpələri isə bədənlərinin altında yerləşir.
Gözlərinin arxasında xüsusi olaraq inkişaf etdirilən dəliklər sayəsində nəfəs alırlar. Su həmin dəliklərdən daxil olur və bədənin altında yerləşən qəlpələrdən çıxır.
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət














.jpg)
.jpg)


















