Maraq dünyası
İkinci ən uzaq qalaktika kəşf edildi
Pensilvaniya Universitetinin astronomları "James Webb" Kosmik Teleskopundan istifadə edərək ikinci ən uzaq qalaktikanı kəşf ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "The Astrophysical Journal Letters" jurnalında dərc olunan məqalədə bildirilir.
Qalaktika Pandora klasteri və ya Abell 2744 kimi tanınan kosmos bölgəsində, təxminən 33 milyard işıq ili uzaqlıqda yerləşir..
Alimlər qeyd edirlər ki, bu və məsafədə dördüncü yerdə olan başqa bir qalaktika qırmızı nöqtələrdən daha çox görünür və bu, onların o dövrün qalaktikaları üçün nisbətən böyük olduğunu göstərir. Onlardan biri digər uzaq qalaktikalardan ən azı altı dəfə böyükdür və diametri təxminən 2000 işıq ili təşkil edir.
Qeyd edək ki, Pandora klasteri tədqiqat üçün əlverişlidir, çünki o, qravitasiya linzalanması səbəbindən təsvirin böyüdülməsi effektini yaradan bir neçə qalaktika klasterinin arxasında yerləşir. 2022-ci ildə "James Webb" Kosmik Teleskopu 60.000 müxtəlif işıq mənbəyini əhatə edən bu bölgənin ilk dərin sahədə görüntülərindən birini şəklini çəkib.
Cəmilə
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
















.jpg)
















