Maraq dünyası
Nəsil Ağacı” filminin gənclər üçün nümayişi keçiriləcək
Noyabrın 16-da “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi keçiriləcək.
Publika.az xəbər verir ki, filmin nümayişi “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. “Nəsil Ağacı” filmi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi Azərbaycanlıların Qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərindən biridir.
“Nəsil Ağacı” filmində Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur. Film bir neçə ailənin hekayəsi timsalında Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.
Ekran əsərində qeyd olunur ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.
Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.
Filmin təqdimatında iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/fyFWZ
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək































.jpg)


