Maraq dünyası
Super zənginlər dünyanı belə məhv edirlər - ŞOK ARAŞDIRMA
İngiltərənin "The Guardian" qəzetinin hazırladığı "Böyük Karbon Bölünməsi" adlı hesabata görə, bəşəriyyətin ən zəngin 1 faizi ən yoxsul 66 faizdən daha çox karbon emissiyasına səbəb olur.
Publika.az xəbər verir ki, qlobal iqlim bərabərsizliyi ilə bağlı indiyə qədər aparılan ən əhatəli araşdırma, milyarderlər, milyonçular və ildə 140 min dollardan çox qazananların da daxil olduğu 77 milyon nəfərlik bu elit qrupun 2019-cu ildə bütün karbon emissiyalarının 16 faizinə səbəb olduğunu ortaya çıxarıb.
Araşdırmada həmçinin Amazonun rəhbəri Ceff Bezos, rusiyalı oliqarx Roman Abramoviç, texnologiya milyarderləri Bill Qeyts, Larri Peyc və Maykl Dell, "Tesla" və "X" sosial media platformasının sahibi İlon Mask və meksikalı iş adamı Karlos Slim də daxil olmaqla 12 iş adamının sahibi olduğu şirkətlərlə planeti 2 milyon evdən daha çox kirlətdiyi məlum olub.
"Oxfam"-ın iqlim üzrə baş müşaviri Çiara Liquori bildirib ki, super varlılar planeti məhv edəcək qədər ehtiyatsızdırlar:
"İqlim böhranının ən yüksək bədəlini ən yoxsullar ödəyir. İqlim və bərabərsizlik böhranları bir-birini qidalandırır".
"The Guardian"-ın "Oxfam", Stokholm Ətraf Mühit İnstitutu və digər mütəxəssislərlə birlikdə hazırladığı araşdırmada dünya əhalisinin təxminən altıda birinə ev sahibliyi edən Afrika qitəsinin tullantıların yalnız 4 faizinə səbəb olduğu açıqlanıb.
Nəzrin Cavadzadə
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR












.jpg)


.jpg)

















