Maraq dünyası
"Yeşilçam"ın məşhur mübahisəsi: Cavab tapıldı
Münir Özkul və Adile Naşitin turşu suyu mübahisəsi ilə yadda qalan “Neşeli Günler” filminin çəkildiyi mağaza hələ də müştərilərinin üzünə açıqdır. Mağazanın daimi müştəriləri arasında məşhur adlar da var. Bəs, filmlərin mövzusu olan turşular necə hazırlanır və həftədə neçə dəfə istehlak edilməlidir?
Publika.az xəbər verir ki, “Neşeli Günler” filminin çəkildiyi Cihangirdəki Əsri Turşucu bir əsrdir ki, fəaliyyət göstərir. Filmdə ən yaxşı turşu suyunun limondan, yoxsa sirkədən hazırlanması üstündə dava edən cütlük evlərini ayırır. Ailə illər sonra yenidən bir araya gəlib.

Əsri Turşucunun dördüncü nəsil nümayəndəsi olan Yusuf Əsər yaxşı turşuların sirlərini danışıb. Belə ki, turşu suyu münaqişəsində kimin haqlı olduğu aydın olub. Dünya Turşu Gününü geridə qoyduqca türklərin turşu ilə bağlı vərdişləri araşdırma mövzusu olub. Araşdırmada türklərin yüzdə 65-nin öz turşusunu hazırladığı da öyrənilib.

Sevdiyiniz turşu hansıdır? Suala verilən cavablar arasında 44,7 faizlə xiyar birinci yerdədir. "Yeşilçam" filmlərinin də mövzusu olan ən yaxşı turşu suyunun sirkədən, yoxsa limondan hazırlanması müzakirəsində türklər yüzdə 75,9 ilə sirkəyə üstünlük verir.
1913-cü ildə Fatihdə qurulan Əsri Turşucu 1938-ci ildə Cihangirə köçür. 20-dən çox turşu növü olan Əsri Turşucunun Cihangirdəkindən başqa şöbəsi yoxdur. Uşaqlığından bu dükanda işlədiyini deyən Eser ən çox seçilən turşunun kələm olduğunu deyir. Dükanda ən maraqlı turşu isə qarpız qabığının turşusudur. Onun daimi alıcıları arasında çoxlu məşhur insanlar var.

Sizcə, yaxşı turşu limondan, yoxsa sirkədən hazırlanır?
Əsər daş duzu olduğunu deyib:
“Limon və sirkənin tərkibində 15-20 faiz turşu olduğu üçün laktofermentasiya edən bakteriyaları inkişaf edə bilmir. Bir kiloqrama 70 qram qaya duzu əlavə olunur. Bəziləri daha tez bişməsi üçün keşniş də əlavə edə bilər. Həmçinin vətəndaşlara həftədə üç dəfə turşu yeməyi tövsiyə edirəm. Turşular bağırsaqlar üçün faydalıdır və soyuq havalarda qripdən qoruyur”.
Aysel Şahmar
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək
-
Sosial14 May 22:36Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI






























.jpg)

