Maraq dünyası
Biologiya müəlliminə sual verdi: Valideynlərinin çoxdankı sirrini öyrəndi
Reddit adlı sosial şəbəkə istifadəçisi nəvəsinin biologiya müəlliminə sual verməsindən sonra valideynlərinin çoxdankı sirrini öyrənməsi haqqında maraqlı hekayə paylaşıb.
Publika.az xəbər verir ki, yazı müəllifinin sözlərinə görə, onun 15 yaşlı nəvəsi Lindsi həmişə bacı-qardaşlarından fərqli olub. "Onun sarışın, dalğalı saçları, digərlərinin isə tünd saçları var" deyə qadın qeyd edib. Qız DNT testindən keçmək qərarına gələndə valideynləri ona bunu qadağan ediblər. Bundan sonra Lindsi biologiya müəllimindən niyə qardaşlarından bu qədər fərqli olduğunu soruşub.
Müəllim qıza izah edib ki, onun bacı-qardaşlarından zahiri görünüşü ilə bağlı fərqlərinin hansı səbəbdən olduğunu aydınlaşdırmaq bioloji baxımdan qeyri-mümkündür. Müəllimin bu sözlərindən sonra qız DNT testi verib və anası hesab etdiyi qadının əslində öz doğma anası olmadığını öyrənib.
“Lindsi oğlumun və başqa qadının qızıdır. Bioloji anası onu tərk edib”. Hekayənin qəhrəmanı əlavə edib ki, Lindsi doğulanda oğlu və arvadı uzaqda yaşadıqları üçün bu sirrdən xəbər tutmayıb. Nənə onu ilk dəfə doğulandan cəmi altı ay sonra görüb.
Qadın əlavə edib ki, Lindsi bütün həyatı boyu ona yalan danışdığı üçün valideynlərinə qəzəblidir. "Oğlum və gəlinim mənimlə ünsiyyətdən imtina edirlər".
Yazının altındakı şərhlərdə istifadəçilər qızın valideynlərinin hərəkətini pisləyiblər. Əksər şərh yazanların fikrincə, hekayənin müəllifi nəvəsinə kömək etməkdə günahkar deyil, çünki qız özü hər şeyi təxmin edib.
Cəmilə
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər













.jpg)
























