Maraq dünyası
Qızının paltarını geyinib məktəbə getdi: Altı ay həbs, 700 dollar cərimə və...
Qadın gizli şəkildə qızı qiyafəsində məktəbə girib və cəzalanıb.
ABŞ-da bir qadın qızının təhsil aldığı məktəbin təhlükəsizliyinin necə mühafizə olunduğunu yoxlamaq üçün qeyri-adi addım atıb.
Publika.az xəbər verir ki, bu haqda “The Washington Post” məlumat yayıb.
Belə ki, 33 yaşlı Texas sakini Casey Garcia yeniyetmə paltarı geyinərək qızının adı ilə məktəb binasına daxil olub və baş verənləri mobil telefon kamerası ilə lentə alıb. Qadın sarı kapüşon, idman ayaqqabısı və tibbi maska taxıb. İnandırıcı olmaq üçün o, bel çantası götürüb.
“Mən məktəbə 13 yaşlı qızımın adı ilə gedirəm. Mən yeddinci sinif şagirdi kimi görünürəm? Yox? Əladır”, - YouTube-da yerləşdirilən videonun altında yazılıb.
Garcia, demək olar ki, bütün gününü dərsdə keçirdiyini və yalnız axşam saatlarında müəllimlərdən biri parta arxasında qızın əvəzinə yetkin bir qadının oturduğunu bilib. Bir neçə gün sonra məktəb rəhbərliyi polisə müraciət edib. Amerikalı qadın şəxsi əraziyə qanunsuz daxil olmaqda ittiham olunub.
Eyni zamanda, o, özü də bildirib ki, bu hərəkəti ilə məktəblərə silahlı hücumların qarşısının alınması üçün qəbul edilmiş təhlükəsizlik protokollarının işləmədiyini göstərməyə çalışıb. Məktəb ərazisinə qanunsuz daxil olduğu üçün o, altı ay şərti həbs, 700 dollar cərimə və 100 saat ictimai iş cəzasına məhkum edilib.
Amerikalı qadının vəkili müvəkkilinin real cəza almamasından məmnun olduğunu bildirib. Vəkilin sözlərinə görə, Qarsiya yalnız xoş niyyətlə hərəkət edib və məktəblilərin təhlükəsizliyinin qayğısına qalmaq istəyib.
Cəmilə
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
































