Maraq dünyası
Krımda fəlakət: Akvarium-muzey dağıldı, 800 heyvan öldü
Krım yarımadasını vuran qasırğa nəticəsində Sevastopoldakı akvarium muzeyində 800-ə yaxın heyvan ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Krım 24” telekanalı məlumat yayıb. Qasırğa nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb. Kanalın müxbirinin verdiyi məlumata görə, su axını muzeyin damını yararaq, havalandırma sistemini sıradan çıxarıb.
Şahidlərin sözlərinə görə, hər gələn dalğa ilə otağa təxminən üç kubmetr su daxil olub. Muzey direktorunun sözlərinə görə, doqquz akvariumdakı heyvanlar ölüb, binaya böyük ziyan dəyib. Nasoslar və ventilyasiya sistemləri də daxil olmaqla bütün avadanlıqlar sıradan çıxıb. Hadisə nəticəsində ən çox ziyan muzeyin üçüncü zalına dəyib. Bundan başqa, Cənubi Dəniz Biologiyası İnstitutunun bir neçə elmi laboratoriyası zədələnib.
Cəmilə
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
































