Maraq dünyası
Bakıdakı məşhur malikanə satışa çıxarıldı - Şok qiymət
Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb.
Publika.az xəbər verir ki, Novxanıda yerləşən saray 6,5 milyon manata təklif olunur.
Novxanı bağlarının ən səfalı yerində qeyri-adi üslubda inşa olunan bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazinin içərisindədir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə seçilir.
4 mərtəbədən ibarət olan malikanənin daxilində idman, bilyard və tenis zalları, eləcə də barı, disko klubu mövcuddur.
Qeyd edək ki, sözügedən malikanənin fotoları bir neçə il əvvəl sosial şəbəkələrdə gündəmə çevrilmişdi. Onun sahibinin kimliyi isə hər kəsin marağına səbəb olmuşdu. Baku Tv-nin araşdırması nəticəsində villanın sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini söyləyib.(İqtisadiyyat.az)
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
































