Maraq dünyası
Nazarbayevin Asel sevgisi: eks-prezidentdən şok etiraf
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci ailəsi olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Orda.kz" portalı yazıb.
Nəşrdə Qazaxstanın birinci prezidentinin həyatının siyasi və şəxsi tərəflərinə toxunulur. “Mənim həyatım”ın ayrıca fəsilləri 2019-cu ildə ölkədə hakimiyyətin tranzitinə həsr olunub və orada Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayevdən də bəhs olunur.
“Mənim həyatım adlı “xatirələr toplusunda ilk dəfə Nazarbayev ikinci ailəsinin olduğunu etiraf edib. Çox sevdiyi xanımı Asel İsabayeva və iki oğlu ilə bağlı səmimi fikirlərini bölüşüb:
“Müsəlman adətinə görə evləndik. Asel mənə iki övlad verdi - iki şanlı oğul. 2005-ci ildə Tauman, 2008-ci ildə isə Bayken anadan olub”, - portal kitabdan sitat gətirir.
Kitab tezliklə satışa çıxarılacaq, lakin ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər artıq əldə edib.
Qeyd edək ki, eks-prezidentin 1962-ci ildə ailə qurduğu ilk həyat yoldaşı Sara Nazarbayevanın Nursultan Nazarbayevin ikinci arvadı və uşaqları haqqında xəbəri olub.
Cəmilə
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama

































