Maraq dünyası
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
2023-cü ildə dünyanın ən bahalı və ən ucuz şəhərləri bəlli olub. "Dünyanın ən bahalı şəhərləri" siyahısında Sinqapur və Sürix ilk sırada yer alıb. Dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşqdir.
Publika.az xəbər verir ki, "ECONOMIST Intelligence Unit"-in (EIU) hesabatına görə, ötən il altıncı sırada olan Sürixin builki siyahıda birinci yerə yüksəlməsində İsveçrədə ərzaq məhsulları, məişət əşyaları və əyləncə qiymətlərindəki artım təsirli olub. Sinqapur şəhər dövlətində nəqliyyatın və geyimin baha olması da diqqət çəkib.
Keçən il birinci olan Nyu-York İsveçrənin Cenevrə şəhəri ilə üçüncü yerə geriləyib. İlk 10-luğa daxil olan digər Asiya şəhəri Honq Konq beşinci, Los Anceles isə altıncı yeri tutub. Paris yeddinci ən bahalı şəhər seçilib. İsrailin paytaxtı Təl-Əviv səkkizinci yeri Danimarkanın paytaxtı Kopenhagenlə bölüşüb.
Dünyanın ən ucuz şəhəri isə Suriyanın paytaxtı Dəməşqdir. Siyahıda Dəməşqi İranın paytaxtı Tehran izləyir. Üçüncü yerdə Liviyanın paytaxtı Tripoli gəlir.
Nəzrin
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama

































