Maraq dünyası
Qanun qəbul edildi: Xoruzlar istədikləri vaxt banlayacaqlar
Fransa parlamenti xoruzların kənd yerlərində istədikləri kimi banlamaq hüququnu qoruyan qanun qəbul edib.
Publika.az xəbər verir ki, artıq Fransada xoruzlar sərbəst banlaya bilər. Fransız kənd mədəniyyətində xoruz milli simvollardan biri hesab olunur və kənd yerlərində kənd həyatının bir hissəsidir. Xüsusən də kənd və təsərrüfatda xoruz səsi günün başlanğıcını və canlılığı simvolizə edir.
Ancaq şəhər yerlərində bu fərqli ola bilər. Şəhər yerlərində xoruz çağırışları çox vaxt narahatedici amil kimi qəbul edilir. Yerli hökumət də qonşuların rahatlığını qorumaq üçün qaydalar tətbiq edib. Qanuni tənzimləmə fransız fermerləri kənd yerlərində məskunlaşan və hətta xoruz səsindən narahat olan şəhər sakinlərindən qorumaq məqsədi daşıyır. Fransa, fermerlərini və milli simvol olan xoruzları qorumaq üçün əlamətdar addım atıb.
Məsələ sonradan kənddə məskunlaşan və xoruzların banlamasını dözülməz hesab edən şəhər sakinlərinin şikayətlərinin artmasından sonra gündəmə gəlib. Fransa parlamenti kəndlərdə qonşular arasında münaqişələrin qarşısını almaq üçün qanuni tənzimləmələr hazırlayıb.
Aysel Şahmar
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi































